İyul 10, 2015 09:55 Asia/Baku
  • Ruhani sanksiyaların ləğvindən sonra ölkələrlə əməkdaşlığın genişlənməsini vurğulayıb
    Ruhani sanksiyaların ləğvindən sonra ölkələrlə əməkdaşlığın genişlənməsini vurğulayıb

İran İslam Respublikası prezidenti Rusiyaya səfərinin nəticələrini şərh edərək İran əleyhinə ədalətsiz sanksiyalar ləğv olunduqdan sonra müxtəlif ölkələrlə İranın əməkdaşlıqlarının artırılmasını vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Həsən Ruhani ötən gecə Rusiyanın Ufa şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı, Briks Qrupu və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının iclasında iştirak etdikdən sonra Tehrana dönüb.
Tehranın Mehrabad hava limanında jurnalistlərə açıqlama verən Ruhani Rusiyaya səfəri və 3 böyük regional və beynəlxalq təşkilatın dövlət başçılarının iclasında iştirakı əhəmiyyətli adlandırıb və deyib: Şanxay Əməkdaşlıq Təşkilatı, Briks qrupu və Avrasiya İttifaqı dünya əhalisinin 50%-ə malik olmaqla, bütün dünyanın xammal gəlirinin təxminən 30%-a sahibdir.
İran prezidenti bu iclasın kənarında Rusiya, Çin, Belarus, Əfqanıstan prezidentləri və Hindistan baş naziri ilə görüşlərin keçirildiyinə toxunaraq əlavə edib: Bu görüşlərdə ikitərəfli əməkdaşlıqların maksimum şəkildə genişləndirilmsi yolları barəsində fikir mübadiləsi aparıldı.

Teqlər