Ümumdünya Qüds Günü Fələstin xalqı ilə beynəlxalq həmrəyliyin simvolu - Təhlil
İyul 10, 2015 13:53 Asia/Baku
Ümumdünya Qüds Gününün gəlib çatması ilə yanaşı dünyanın müxtəlif yerlərində bu günün yürüşləri ilə əlaqədar xəbərlər yayımlanmaqdadır.
Bu çərçivədə dünyada milyonlarla insan cümə günü 10 iyul bu günün yürüşündə iştirakla İslam Respublikasının banisi İmam Xomeyninin (rə) bu dəyərli təşəbbüsünü əziz saxlayıb.Ümumdünya Qüds Günü yürüşünün dünyanın müxtəlif yerində əzəmətli şəkildə keçirilməsi bu reallığı daha aydın əks etdirir ki, İmam Xomeyninin (rə) təşəbbüsü Fələstin xalqına dəstək istiqamətində beynəlxalq ictimaiyyətə yeni ruh vermişdir.
İmam Xomeyninin (rə) 1979-cu il avuqst ayının əvvəllərində etdiyi təşəbbüs həmin ildə mübarək Ramazan ayının 13-cü gününə təsadüf edirdi. Onun həmin gün mübarək Ramazan ayının son cüməsini Ümumdünya Qüds Günü olaraq elan etməsi Fələstin ərazisi, xüsusilə də Qüdsün sionist işğalçıların caynağından xilas etmək üçün dünyanın müxtəlif yerlərində ictimai hərəkatın başlanğıc nöqtəsi oldu.
Hər il Ümumdünya Qüds Günündə dünya təkcə islam ölkələrinin müxtəlif şəhərləri deyil, dünyanın hər bir yerində Fələstin xalqına dəstək üzrə irimiyqaslı aksiyanın şahidi olur.
Həzrət İmam Xomeyninin (rə) təşəbbüsü dünyanın müxtəlif yerlərində Fələstin xalqı, xüsusilə də Qüdsə dəstək istiqamətində ictimai geniş hərəkata səbəb olmuşdur. Siyasi müşahidəçilər bu təşəbbüsü Fələstin xalqına dəstək üzrə beynəlxalq intifazə adlandırırlar.
Ümumdünya Qüds Günü praktiki olaraq səbəb olub ki, bütün ilahi dinlərin ardıcılları və dünyanın azadlıqsevərləri bu gündə vahid səslə Fələstin xalqına dəstək və sionist rejim və onun hamisi, yəni beynəlxalq imperializmlə mübarizəni elan etsinlər. Ümumdünya Qüds Günü yürüşü fələstinlilərin də yüksək əhval-ruhiyyə ilə sionist rejimə qarşı mübarizələrini davam etdirmələri ilə nəticələnib.
Fələstin xalqının 1987-ci ildə başlanması, 2000-ci ildə Qüds intifazəsi Fələstin xalqına dəstək istiqamətində beynəlxalq həmrəyliyin elan olunmasından sonra fələstinlilərin yüksək əhval-ruhiyyədə olduğunu göstərir.
İmam Xomeyninin (rə) təşəbbüsü səbəb oldu ki, Fələstin xalqına dəstək üzrə beynəlxalq intifazə başlansın və bu məsələ sionist rejimi beynəlxalq səhnədə və ümumi fikirdə təcrid etmişdir.
Qüds Günü sionist rejimə qarşı beynəlxalq etirazlar və Fələstin xalqına dəstək üzrə beynəlxalq səyin tarixində dönüş nöqtəsi hesab olunur.
Buna görə, fələstinlilər və dünya müsəlmanları bu mərasimi təsirli addım hesab edirlər. Belə ki, Fələstin xalqına dəstək və imperializmə qarşı çıxmaq üzrə beynəlxalq əlaqələrdə yeni səhifəni açmışdır.
Yaxın Şərqin ötən 3 dekadadakı prosesləri göstərir ki, İran İslam İnqilabının formalaşması, islamın mütərəqqi təlimlərindən ilham alan işğalçılığa qarşı çıxmaq və zalımlar qarşısında məzlumlara dəstək vermək yeni siyasi ritorikanı beynəlxalq əlaqələr səhnəsinə daxil edib.