İranda Ümumdünya Qüds Günü yürüşünün qətnaməsi
İyul 10, 2015 14:26 Asia/Baku
İranda bu il Ümumdünya Qüds Günü yürşünün sionist rejimin işğalçılığına qarşı Fələstin xalqının amallarını müdafiə istiqamətində qətnaməsi oxunub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranda Ümumdünya Qüds Günü yürüşünün qətnaməsində bildirilir: İran xalqı müsəlmanların ilk qibləsi Beytül-Müqəddəsin azadlığı və Fələstinin müdafiəsiz xalqının sionist işğalçılardan xilas olmasını İslam İnqilabının böyük amalı, İmam Xomeyninin (rə) və İslam İnqilabının Böyük Rəhbərinin islam dünyası üçün həlledici strategiyası və müsəlmanların birliyinin əldə olunmasının rəmzi hesab edir.Ümumdünya Qüds Günü yürüşünün qətnaməsində bildirilir: İran xalqı Fələstin intifazəsi və islam müqavimətinə dəstək üzrə bütün potensiallar, maddi və mənəvi fürsətlərdən sevə-sevə və fədakarlıqla istifadə edəcəkdir.
Bu qətnamədə əlavə olunub: İran xalqı Fələstin məsələsi, Qüds-Şərifin azadlığı və İsrail adlı xərçəng şişinin məhvi üçün səyi islam dünyasının ilk prioriteti adlandırır və islam ümmətini Fələstin məsələsindən yayındırmaq üçün istənilən hərəkəti pisləyərək dünyaya elan edir ki, Fələstin məsələsinin yeganə həll yolu fələstinli didərginlərin öz ata yurduna qayıtması və Fələstinin gələcəyinin təyin olunması üçün onların iradəsi ilə azad referendumun keçirilməsidir.
İranda keçirilən Ümumdünya Qüds Günü yürüşünün qətnaməsində qeyd olunur: İran xalqı sionist rejim qarşısında fələstinli qrupların birliyini Fələstinin azadlığı amalına çatmaq üçün əsas parametrlərdən adlandırır və müqavimət və intifazə xəttini dəstəkləməklə fələstinli qruplar, xüsusilə də Həmas və Fəth hərəkatından Fələstin xalqı düşmənlərinin hiylə ilə sionizmə qarşı cəbhənin strategiyasının potensial və fürsətlərini zəiflətmələrinə və ya ona zərbə vurmalarına icazə verməmələrini istəyir.
Qətnamədə həmçinin İraq, Suriya və Liviyada İŞİD və digər terror qruplaşmaları, eləcə də Ali-Səud rejiminin Yəmən xalqına qarşı cinayətləri ABŞ, sionist rejim və region irticasının müsəlmanlar arasında təfriqə salmaq və İsrail rejiminin təhlükəsizliyini bərqərar etmək üzrə əvəzedici müharibələri adlandırılıb və bildirilib: İslam ümməti Quran-Kərimin təlimləri və müqaviməti əsas götürərək düşmənlərin yayındırıcı məsələlərlə islam dünyasının potensiallarını sionistlər və beynəlxalq qüdrətlərin mənafeyinə qurban getməsinə icazə verməyəcəkdir.
Bu qətnamədə həmçinin Ali-Səud rejimi tərəfindən məzlum və müdafiəsiz Yəmən vətəndaşlar, uşaq və qadınların kütləvi şəkildə qırğın edilməsini pislənilib və xəbərdarlıq olunub ki, regionun bəzi ölkələrinin islamın and içmiş düşmənlərinə xidməti asılı və satqın hakimlərə zillət və məğlubiyyətdən başqa heç bir faydası olmayacaqdır.
İranda Ümumdünya Qüds Günü yürüşünün qətnaməsində İraq, Suriya və Yəmən xalqlarının təkfirçi terrorizm məkrli planı və müdaxiləçi imperialist qüdrətlərin təfriqə planları qarşısındakı müqaviməti və region xalqlarının inqilablarının dəstəklənməsi vurğulanıb.