İran xalqının Ümumdünya Qüds günü yürüşündə qəhrəmancasına iştirakı
İyul 11, 2015 12:00 Asia/Baku
İranda Ümumdünya Qüds günü yürüşü bu il ötən illərdə olduğu kimi, geniş və möhtəşəm şəkildə keçirilib. Müxtəlif xalq kütlələri yekdil səslə məzlum Fələstin xalqının amalını dəstəkləyərək, sionist rejimin cinayətlərini pisləyiblər.
Ümumdünya Qüds günü yürüşü bu il oruc xalqın milyonluq iştirakı ilə İranın 770-dən çox şəhərində, //Ümumdünya Qüds günü, Fələstin amalının təzahürü və İslam ümmətinin modern cahillik və uşaqöldürmə qarşısında birliyi və Qəzzədən Yəmənədək// şüarı ilə keçirilib.Yürüşdə Amerikaya ölüm, İsrailə ölüm, Ali-Səuda ölüm və Təkfirçiyə ölüm şüarları səsləndirilərək, Fələstin və Yəmənin məzlum xalqları himayə olunub.
Aksiya iştirakçıları Fələstini İslam dünyasının ən mühüm məsələsi adlandırıblar. Onlar Qəzzədən Yəmənədək modern cahillik və uşaq qətli qarşısında İslam ümmətinin vəhdətini istəyiblər.
İran rəsmiləri, o sıradan ölkə prezidenti Həsən Ruhani, İran İslam Şurası Məclisinin sədri Əli Laricani də Tehranda Ümumdünya Qüds günü yürüşündə iştirak ediblər.
İran prezidenti bu aksiyanın kənarında Ümumdünya Qüds gününü müsəlman və azadlıqsevər xalqların müqəddəs Fələstin diyarına vəfadarlığı günü adlandırıb.
O, xalqın bu yürüşdə geniş iştirakını yüksək qiymətləndirib.
Əli Laricani də yürüş iştirakçıları qarşısında deyib ki, regionun hazırkı durumuna əsasən, sionist rejim elə zənn edir ki, hərəkət azadlığı əldə edib və Fələstin amalı kənarda qalıbdır. Halbuki Ümumdünya Qüds günü yürüşündəki milyonluq iştirak göstərir ki, Fələstin unudulmazdır.
Ümumdünya Qüds günü yürüşünün iştirakçıları yürüşün sonunda on maddəlik qətnamə qəbul ediblər. Onlar Fələstindən Yəmənədək islami müqaviməti dəstəklədiklərini vurğulayıblar.
Ümumdünya Qüds günü aksiyaları İran İslam Respublikasında olduğu kimi, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan Respublikasında da böyük və möhtəşəm şəkildə keçirilib və onlarda Fələstin xalqına dəstək, sionist rejimə qarşı hiddət ifadə olunub.