İran ordusunun hər cür hədə və təcavüz qarşısında müqaviməti vurğulanıb
İyul 11, 2015 18:39 Asia/Baku
İran Ordusunun Dəniz Qoşunlarının komandanı deyib ki, heç bir düşmən İranı hədələmək və İranın su və quru sərhədlərinə yaxınlaşmaq cürətinə malik deyil.
İran Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Həbibullah Səyyari Təsnim xəbər agentliyi ilə müsahibədə İran İslam Respublikası ordusunun su və quru sərhədlərindəki müdafiə durumunu olduqca yüksək adlandıraraq, əlavə edib: İran ordusu hər bir hədə qarşısında heç bir qorxuya malik deyil və İran torpaqlarını var gücü ilə müdafiə edəcəkdir.İran Ordusunun Dəniz Qoşunlarının komandanı vurğulayıb ki, İslam İnqilabının əvvəlindən düşmənlər İran İslam Respublikasına zərbə vurmaq ardınca olublar, amma İran xalqının müxtəlif təbəqələri və hərbi qüvvələri yüksək iman və qüdrətlə hər cür fitnəni zərərsizləşdirib və təhdidləri aradan qaldırıblar.