İyul 11, 2015 19:40 Asia/Baku
  • İran OPEK-də ən böyük nefdaşıma donanmasına malikdir
    İran OPEK-də ən böyük nefdaşıma donanmasına malikdir

Neft İxrac Edən Ölkələr Təşkilatı- OPEK-in katibliyi bildirib ki, İran bu təşkilatda ən böyük nefdaşıma donanmasına malikdir.

ISNA-nın məlumatına görə, OPEK katibliyi bu gün bildirib ki, təşkilatın illik statistika bülleteni İranın 46 neftdaşıma gəmisinə malik olmaqla OPEK üzvləri arasında ən böyük nefdaşıma donanmasına malik olduğunu göstərir.
İrandan sonra 27 neftdaşıma gəmisi ilə Küveyt, 26 neftdaşıma gəmisi ilə Venesuela, 23 neftdaşıma gəmisi ilə Ərəbistan, 20 neftdaşıma gəmisi ilə Ekvador və 19 neftdaşıma gəmisi ilə Birləşmiş Ərəb Əmirlikləri sonrakı yerlərdə dururlar.
Bu statistikaya əsasən, İranın neftdaşıma gəmilərinin sayı 2014-cü ildə ondan qabaqkı 2013-cü il ilə müqayisədə bir ədəd azalıbdır.

Teqlər