İraqçı: Müzakirələr son gərgin anlara çatıb
İyul 13, 2015 16:34 Asia/Baku
İranın baş nüvə müzakirəçisi Vyanada deyib ki, İran ilə altılığın nüvə müzakirələri son gərgin anlara çatıb.
IRIB-nin məlumatına görə, Seyid Abbas İraqçı bu gün Vyanada müxbirlərlə müsahibədə "Görəsən, bu gecə razılıq əldə oluncaqdırmı?"sualının cavabında əlavə edib: Müzakirələr son gərgin anlara çatıb; bu iki-üç gün ərzində doğrudan da yaxşı irəliləyişlər əldə olunub, amma hələ problemlər mövcuddur ki, həll olunmayınca, yekunlaşma elan etmək olmaz.İraqçı Vyanada müzakirələrin İran ilə altılıq arasında davam etməkdə olduğunu deyərək, söyləyib: Çalışırıq ki, bu problemləri yekunlaşdıraq və elə bir nöqtəyə çatdıraq ki, hər iki tərəfin razılığı olsun.