Təhlil-Dövlət İranın nüvə nailiyyətləri və hüquqlarını qorumağa borcludur
İyul 13, 2015 16:59 Asia/Baku
İran ilə altılıq arasındakı Vyana müzakirələri nüvə yekunlaşmasına çatmaq üçün bu gün sonuncu mərhələyə daxil olub. 13 iyul bu müzakirələr üçün uzadılmış möhlətin sonudur.
İran ilə altılığın nüvə müzakirə komandaları son iki həfətədə müzakirələrin vaxtını iki dəfə uzatdıqdan sonra iyulun 13-nü qəti yekunlaşmaya çatmaq üçün müzakirələrin sonuncu günü kimi təyin ediblər.İki tərəf təqribən iki il bundan öncədən elə bir yekunlaşmaya çatmaq istəyir ki, əminlikyaratma və beynəlxalq sanksiyaların ləğvi qarşılığında İranın nüvə hüququnu təmin etmiş olsun..
Diplomatik mənbələrin sözlərinə görə, nişanələr İranın nüvə müzakirələrinin yekunlaşmasından xəbər verir və elə bu əsasda bu gün müzakirələr bitəndən sonra Avstriya paytaxtında bir mərasim keçiriləcək, amma Vyana müzakirələrinin sonunda elan olunacaq məsələ, tam nüvə hüquqları əsasında İranın dinc nüvə proqramının davam etməsinə zəmanət verəcək bir yekunlaşmaya zəmin yaratmalıdır. Bu istiqamətdə İran prezidenti dünən dövlətin İranın nüvə nailiyyətləri və hüquqlarını qorumağa borclu olması qanununu icra olunmaq üçün İranın Xarici İşlər Nazirliyinə və Atom Enerjisi Təşkilatına bəyan etdi. Bu qanun İslam Şurası Məclisinin iyirmi üç iyun tarixli açıq iclasında qəbul olunub. Bu qanunda deyilir ki, inkişaf, tədqiqat və dinc nüvə elmi və texnologiyasını əldə etmək üçün heç bir məhdudiyyət qəbul edilmir və müzakirələrin nəticəsi İslam Şurası Məclisinə təqdim olunmalıdır. Bu qanuna əsasən, müzakirələrin hər cür nəticəsi o zaman mötəbərdir ki, sanksiyaların bir yerdə və tam şəkildə ləğvi yekun mətndə dərc olunmuş və İranın öhdəliklərinin icrasının başlanğıc günündə həyata keçirilmiş olsun.
Bu qanunun digər maddəsinə görə, AEBA müahidə razılaşması çərçivəsində nüvə saytlarına adi nəzarətlər edə bilər və alimlər, sənədlər, həssas qeyri-nüvə, təhlükəsizlik və hərbi məkanlarda olmaq qadağandır və İran Ali Milli Təhlükəsizlik Şurasının qanunlarına riayət edilməlidir. Bu tədbirlər ona görədir ki, bəzi müzakirə tərəfləri dəfələrlə artıqtamahlıq tələbləri ilə müzakirələrin istiqamətini dəyişməyə çalışıblar. Amma təqribən iki il ərzində gedən bu müzakirələrin bütün eniş-yoxuşlarına rəğmən, hazırda Vyana müzakirələri bəzi məsələlərdə ixtilafların olmasına rəğmən, konkret yekunlaşmaya çatıbdır ki, onun nəticəsi bir proseslə qəti yekunlaşmaya çata bilər. Hər halda əgər yekunlaşmanın əldə olunması qərara alınıbdırsa, hər cəhətdən araşdırılmış və möhkəm bir yekunlaşma olmalıdır. Bu üzdən, İranın nüvə müzakirə komandası çalışıbdır ki, İranın nüvə fəaliyyətlərinin dayanmasına və hətta yavaşımasına səbəb olacaq heç bir qərar çıxarılmasın. Bununla belə, hətta yekunlaşmaya doğru son addımların atıldığı zamanda belə, ehtimalları yenə də nəzərdə tutmaq lazımdır.