İyul 14, 2015 08:16 Asia/Baku
  • İran parlamenti ehtimal olunan nüvə anlaşmasını araşdıracaq və nəzarət edəcək
    İran parlamenti ehtimal olunan nüvə anlaşmasını araşdıracaq və nəzarət edəcək

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri deyib: İslam Şurası Məclisi ehtimal olunan nüvə anlaşmasını araşdıracaq və ona nəzarət edəcək

Əlaəddin Brucerdi ötən gecə İranın 2-ci telekanalının xüsusi dialoq proqramında Vyanada nüvə müzakirələrinin son addımlarına toxunaraq əlavə edib: Müştərək iradəni nəzərə alaraq bir çox düyünlər açılmış və müzakirələrin yekunlaşması mümkündür.
İslam İnqilabının Böyük Rəhbəri tərəfindən təyin olunan qırmızı xətlərin İranın müzakirə komandasına vacib olduğunu bəyan edən Brucerdi bildirib: Ehtimal olunan anlaşmanın imzalanması ilə ilk addımda BMT Təhlükəsizlik Şurası bir qətnamə ilə İran əleyhinə bütün sanksiya qətnamələrini ləğv edəcək və bu anlaşmanı təsdiqləyəcək.
ABŞ Konqresində nüvə anlaşmasının üçdə iki səslə rədd olunması ehtimalının zəif olduğunu bildirən Brucerdinin sözlərinə görə, bu məsələ bu ölkə prezidentinə Konqresin qərarına veto qoymaq imkanı verir və praktiki oolaraq bu anlaşma icra olunacaq.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri əlavə edib: İranda da əsas məsələ ehtimal olunan anlaşmanın İslam Şurası Məclisinə təqdim olunmasıdır. İran xarici işlər naziri Vyanadan qayıtdıqdan sonra parlamentin qeyri-plenar iclasında iştirak edəcək və prosesin gedişatı və yekun anlaşmanı millət vəkillərinin diqqətinə çatdıracaq.
Sionist rejimin nüvə müzakirələri və ehtimal olunan anlaşmaya qaşrı çıxmasına toxunan Brucerdi xatırladıb: Sionistlər anlaşmanı öz zərərlərinə görürlər və Amerikanın İranla istənilən probleminin onların xeyrinə olduğuna inanırlar. Çünki İranın potensialının bir hissəsini Qərblə, xüsusilə də Amerika ilə problemə sərf edirlər.

Teqlər