İyul 14, 2015 09:36 Asia/Baku
  • İranla Altılıq arasında nüvə müzakirələrinin yekun bəyanatı bu gün günortadan sonra oxunacaq
    İranla Altılıq arasında nüvə müzakirələrinin yekun bəyanatı bu gün günortadan sonra oxunacaq

İran və 5+1 Qrupu arasında nüvə müzakirələrinin yekun bəyanatı Avstriya paytaxtı Vyanada İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini tərəfindən oxunması bu gün günortadan sonraya saxlanılıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, bundan öncə bu bəyanatın çərşənbə axşamı səhər oxunması qərara alınmışdı.
Müzakirələrin yekun bəyanatının oxunması iclasında Zərif və Mogerinidən əlavə, ABŞ dövlət katibi Con Kerri, Fransa, Almaniya, İngiltərə, Rusiya və Çin xarici işlər nazirləri Loran Fabius, Frank Valter Ştaynmayer, Filip Hamond, Sergey Lavrov və Vanq İ də iştirak edəcək.
Dünyanın müxtəlif ölkələrindən təxminən 800 müxbir bu tarixi hadisəni əks etdirmək üçün Vyanada olacaq.
İran və 5+1 qrupu arasında nüvə müzakirələrinin yekunu 100 səhifədədir və müzakirələrin müddəti bir neçə dəfə uzadılmaqla tənzimlənmişdir.

Teqlər