Laricani: İran xalqı Vyana müzakirələrinin əsl qalibidir
İyul 15, 2015 12:54 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib ki, İran xalqı altı dünya qüdrəti ilə nüvə müzakirələrində əldə olunmuş nəticənin real qalibidir.
Təsnim xəbər agentliyinin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani məclisin bugünkü iclasında İranın altılıq qrupu ilə nüvə müzakirələrinin nəticəsinə işarə edərək, İranın dövləti və nüvə müzakirə komandasının altı dünya qüdrəti ilə nüvə müzakirələrindəki səylərini yüksək qiymətləndirib və belə deyib: İranın nüvə komandası çətin bir müzakirəni irəliyə apardı ki, öz növündə misli az görünmüş ola bilər.Laricani BMT Təhlükəsizlik Şurasının sanksiyaların təşkilindəki təzyiqlərinə toxunaraq, əlavə edib: İran sanksiyalar altında olan və bir qayda olaraq, zamandan diqqətlə istifadə etməyən və təəssüflü geriçəkilməyə düçar olan ölkələrin əksinə olaraq, diplomatiyada sayıqlıqla, öz məntiqini nüvə texnologiyasında qəbul etdirə və rəqibləri özünün yerli dinc nüvə elmini qəbul etməyə məcbur edə bildi.
İran parlamentinin sədri İslam İnqilabının Böyük Rəhbərinin nüvə elminin inkişafı və müzakirələr prosesində milli müqavimət atmosferinin yaradılmasındakı mühüm roluna işarə edərək, deyib: İran xalqının on ildən çox bir müddət boyu müqaviməti və səbrliliyi və rəsmilərin nüvə elmi sahəsində milli nailiyyətlərin qorunmasına təşviq etmələri 12 il nüvə müzakirəsinin sonunda əzəmətli bir dayaq oldu.
Laricani dünya qüdrətlərinin İranın nüvə bölmələrini bağlamaq üzrə cəhdlərini xatırladaraq, vurğulayıb: Bu gün bu qüdrətlərin hamısı nəinki İranın dinc nüvə texnologiyasını, o sıradan zənginləşdirmə, tədqiqat, inkişaf və ağır suyu qəbul, həm də razılaşmada onun inkişaf etdirilməsində həmkarlığı da qeyd edibdir.
İran parlamentinin sədri dünənki nüvə nailiyyətinin sionist rejim daxil olmaqla regiondakı şər qüvvələri təcriddə qoyduğunu qeyd edərək, söyləyib: Bu nailiyyət islami və region ölkələrinin İranla həmkarlığı üçün yeni bir fəsil açdı.