İyul 16, 2015 08:28 Asia/Baku
  • İnqilab Rəhbəri prezidentin məktubuna cavab verdilər
    İnqilab Rəhbəri prezidentin məktubuna cavab verdilər

İslam İnqilabının Böyük Rəhbəri nüvə müzakirələrinin sona çatdırılmasını İran xalqı üçün dəyərli və önəmli addım adlandırıblar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İran İslam Respublikası prezidenti Həsən Ruhaninin nüvə müzakirələri ilə əlaqədar məktubuna cavabda prezident və nüvə müzakirə komandasının səylərini alqışlayaraq bu müzakirələri sona çatdırmağı İranın inkişafı istiqamətində önəmli addım adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri 5+1 qrupunun bəzisinin etimad ediləsi olmadığını bildirərək vurğulayıblar: Hazırlanan mətn diqqətlə araşdırılmalı və proqnoz olunan qanuniləşmə yolunda olmalıdır. Təsdiqləndiyi halda qarşı tərəfin ehtimal olunan öhdəliklərini pozmasından ehtiyatlı olmalı və onun yolu bağlanmalıdır.
İnqilab Rəhbəri əlavə ediblər: Əziz İran xalqından məntiqli şəkildə milli mənafeyi əldə etmək üçün öz vəhdət və mətanətini qorumağı gözləyirəm.

Teqlər