Zərif: İran xalqı təzyiq qarşısında müqavimət göstərir
İyul 16, 2015 10:44 Asia/Baku
İran xarici işlər naziri İranla 5+1 qrupu arasında nüvə anlaşmasını ABŞ-ın yoxlanması üçün sınaq adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorker (www.newyorker.com) internet portalı ilə müsahibədə Amerikada bir çoxunun sanksiyaya öyrəşdiyini bildirərək əlavə edib: İran rəhbərliyinin buyurduğuna görə, əgər Vaşinqton təhdid dilini kənara qoyarsa və İranla nüvə məsələsi barəsində qarşılıqlı hörmətə əsasən anlaşmaya hazır olarsa, digər seçimləri də nəzərdə tutmaq olar.Nüvə anlaşmasının İran və beynəlxalq ictimaiyyətin əməkdaşlığının artmasına səbəb olduğunu bəyan edən Zərif bildirib: İran regionda ən stabil ölkədir və investisiya üçün əla fürsət hesab olunur.
İran xarici işlər naziri əlavə edib: Bilməyiniz yaxşı olar ki, İran xalqının iki xüsusiyyəti vardır. Birincisi təzyiqlər qarşısında müqavimət göstərir. Lakin hörmətə müsbət reaksiya verir.
"İran və Ərəbistanın regional müştərək mənafe və əməkdaşlıq barəsində konstruktiv danışıqlar aparmasını təsəvvür etmək olarmı?" sualını cavablandıran Zərif deyib: İranın müzakirə üçün problemi yoxdur. Bu şərtlə ki, qarşı tərəf öz qonşu ölkələri qarşısında cinayətkarlıq etməmiş olsun.