İyul 16, 2015 13:10 Asia/Baku
  • İnqilab Rəhbəri bir qrup məhkumun azad olunması və cəzalarının yüngülləşdirilməsi ilə razılaşıblar
    İnqilab Rəhbəri bir qrup məhkumun azad olunması və cəzalarının yüngülləşdirilməsi ilə razılaşıblar

İslam İnqilabının Böyük Rəhbəri bir İnqilab və İctimai məhkəmələrdə, hökumətin aidiyyətli və ədliyyə qurumları və silahlı qüvvələrdə mühakimə olunan bir qrup məhkumun əfv olunması, cəzalarının yüngülləşdirilməsi və yaxud dəyişdirilməsi ilə razılaşıblar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani səadətli Fitr bayramı münasibəti ilə Məhkəmə Hakimiyyətinin Əfv komissiyasında lazımi şəraitə malik məhkumlardan 930 nəfərinin əfv olunması, cəzasının yüngülləşdirilməsi və yaxud dəyişdirilməsi ilə bağlı İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneiyə müraciət ünvanlayıb. Bu təklif İslam İnqilabının Böyük Rəhbəri tərəfindən qəbul edilib.

Teqlər