Tehranın cümə namazı
İyul 17, 2015 15:01 Asia/Baku
Tehranın cümə namazı xitabətçisi qərblilərin nüvə müzakirələrində İranın haqqını qəbul etməyə məcbur olduqlarını bildirərək, qərblilərin gözlənilməz hərəkətləri barədə xəbərdarlıq edib.
Fars xəbər agentliyi müxbirinin məlumatına görə, Tehranın cümə namazı xitabətçisi ayətullah Məhəmməd Əli Movəhhidi Kermani Tehranın bugünkü cümə namazı xütbələrində İran ilə 5+1 qrupu arasında Vyanada keçirilmiş nüvə müzakirələrinə işarə edərək, deyib: Siyasi və iqtisadi meydanlarda 23 ay ardıcıl səylərdən sonra İrana və iranlıya böyük bir başıucalıq nəsib oldu.O, əlavə edib: İran xalqı misalçəkiləsi bir müqavimətlə düşmənləri zalımcasına sanksiyalardan peşman və onları qarşı tərəfə hörmət etməyə məcbur etdi.
Ayətullah Movəhhedi Kermani sionist rejimlə Ərəbistanın bu razılaşmadan narahat olduqlarını nəzərə çatdıraraq, qərblilərin gözlənilməz hərəkətləri barədə xəbərdarlıq edib.