İran sanksiyalarının aradan götürülməsi qətnaməsi bazar ertəsi günü səsə qoyulacaq
https://azeri.sahartv.ir/news/İran-i195983-İran_sanksiyalarının_aradan_götürülməsi_qətnaməsi_bazar_ertəsi_günü_səsə_qoyulacaq
İran sanksiyalarını aradan götürmək məqsədi güdən İran ilə Altılıq nümayəndələrinin son müzakirələrindən əldə olunmuş qətnamənin ilkin mətni bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasında səsə qoyulacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2015 13:07 Asia/Baku
  • İran sanksiyalarının aradan götürülməsi qətnaməsi bazar ertəsi günü səsə qoyulacaq
    İran sanksiyalarının aradan götürülməsi qətnaməsi bazar ertəsi günü səsə qoyulacaq

İran sanksiyalarını aradan götürmək məqsədi güdən İran ilə Altılıq nümayəndələrinin son müzakirələrindən əldə olunmuş qətnamənin ilkin mətni bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasında səsə qoyulacaq.

Bu xəbəri bir amerikalı diplomat Kristian Sayns Monitor-un müxbirinə deyib və qeyd edib ki, bugünkü iclas Nyu-York vaxtı ilə səhər saat 9-da keçiriləcək.
Çərşənbə günü ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Paver tərəfindən Təhlükəsizlik Şurasının katibliyinə təqdim olunmuş ilkin mətnə əsasən, Təhlükəsizlik Şurasına aid olan yeddi sanksiya MAQATE-nin hesabatından və İranın müştərək addım üzrə əhatəli proqramla bağlı götürdüyü öhdəliklərin icrasının təsdiqindən sonra ləğv olunacaq.