Vyana müzakirələrinin məğlubu, İsrail tam beynəlxalq təcriddə
İyul 17, 2015 18:12 Asia/Baku
Sionist Ceruzalem Post qəzeti bu gün İran-5+1 nüvə müzakirələrinin nəticəsi barədə yazıb: Benyamin Netanyahunun hərəkətləri İsrailin məğlubiyyətinə səbəb oldu və hazırda Təl-Əviv tək qalıb.
Ceruzalem Post qəzetinin yazdığına görə, Netanyahu özünü, dünyaya gələrək, daimi xəbərdarlığı ilə İranın nüvə proqramının inkişafına mane olan bir şəxs bilir.Amma onun israrları yalnız amerikalı müzakirə qrupunun daha çox geri çəkilməsi ilə nəticələndi. Hər dəfə onlar elə bir halda müzakirələri tərk etdilər ki, iranlılar bir addım belə geri çəkilmir və istədiklərindən də irəli gedirdilər.
Digər bir tərəfdə, amerikanlar elə müzakirə edirdilər ki, güya razılaşmadan savayı yolları yoxdur. Lakin İran beynəlxalq supergüc inamı ilə müzakirələrdə iştirak edirdi və razılığa çatmaq və çatmamaq onun üçün mühüm deyildi. Nəticəni də 159 səhifəlik müzakirələr yekununda görmək olar.
İsrailin baş naziri elə bir qumara başladı və bu oyunda hər dəfə daha artıq sərmayə yatırdı ki, bu haqda ona xəbərdarlıq edilmişdi.
Sionist qəzet sonda yazıb: Bu qumar olduqca qəribə və dəlicəsinə idi ki, Təl-Əviv başçılarından heç biri ona qurşanmadı, lakin Netanyahu hətta ABŞ konqresində çıxış edərək, Obamaya hörmətsizlik etdi və çoxlu sayda xəbərdarlıqlara məhəl qoymadı və sonda, bizim hamımız uduzduq.