İyul 17, 2015 18:13 Asia/Baku
  • Vyana müzakirələri
    Vyana müzakirələri

Zənnetmələrin əksinə olaraq, Amerika müdafiə nazirinin Təl-Əvivə, Fransa xarici işlər nazirinin də Tehrana səfərləi Suriya işində İsrail üçün əsla bir xeyir gətirməyəcək və İranın və müqavimət cəbhəsinin regiondakı qüdrətinin günbəgün artması ilə səudiyyə-sionist koalisiyasının rolu nakam qalacaq.

Vyanada İran ilə Altılıq qrupu arasında nüvə müzakirəsi üzrə yekun sənədinin imzalanmasından iki gün keçməmişdi ki, Fransanın xarici işlər naziri Loran Fabius İrana səfər edəcəyini bildirdi, halbuki Amerika prezidenti Barak Obama da öz müdafiə naziri Eşton Karteri işğal olunmuş Fələstinə göndərmək qərarına gəldi bu rejimə əminlik vermiş olsun ki, Amerika İranla nüvə razılaşması imzalamasına rəğmən, İsrailin təhlükəsizlik işinə vəfalıdır. Zira Amerika yekun nüvə razılaşmasının bəndlərində İranı İsraili rəsmən tanımağa vadar etməkdə aciz qaldı.
Qeyd olunan hər iki diplomatik səfər İranın regiondakı qüdrəti və üstünlüyünü göstərir və Qərb dünyası İran İslam Respublikasının razılığını cəlb etmək üçün sırf olaraq İranın xeyrinə qurtarmayan siyasi və iqtisadi razılaşmalara nail olmaq istiqamətində bir-biriləri ilə rəqabət aparmalıdırlar.
Fabius İrana səfər edir ki, energetika və digər sahələrdə İranla iqtisadi sövdələşmələr aparsın və Fransanın regionda iqtisadi iştirakı güclənsin və bu, sübut edir ki, beynəlxalq investisiya sahələrində mühüm bazara malik olan Tehran iqtisadi qüdrət sayılır və Ərəbistanın neft bazarına olan hökmranlığına son qoyacaq və daha səudiyyəlilər Amerika üçün regionda daha mühüm şərik sayılmayacaqlar.

Teqlər