İslam İnqilabının Böyük Rəhbəri Fitr bayramı namazı xütbələrində mühüm bəyanatla çıxış ediblər
İyul 18, 2015 10:59 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri: Çirkin əllər mübarək Ramazan ayının şirinliyini region xalqları üçün acıya çevirdilər.
İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullahülüzma Xamenei bu gün səhər səadətli Fitr bayramı namazı xütbələrində regionda cərəyan edən böhranlara işarə edərək, deyiblər: Mübarək Ramazan ayında və ondan öncə regionda cərəyan edən hadisələr böyük təəssüf doğuran hadisələr olublar və müsəlman əhali düşmənlərin fitnəkarlıqlarına görə, çox çətin günləri təcrübə etmiş oldular. İslam İnqilabının Böyük Rəhbəri həmçinin, İran və 5+1 qrupu arasındakı müzakirələrə işarə edərək, ilk öncə bu uzun və yorucu müzakirələrdə iştirak edən müzakirə heyətinin zəhmətlərini yüksək qiymətləndirib və deyiblər: Təklif olunan mətnin təsdiq edilməsi və ya edilməməsindən asılı olmayaraq, İranın nüvə müzakirə heyətinin səyləri alqışa layiqdir. Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: İran heç vaxt düşmənin tamahkarlığı qarşısında təslim olmayacaq və heç kəsə İslam quruluşunun əsas prinsiplərinə xələl gətirmək icazəsi verilməyəcək. İranın müdafiə potensialı və təhlükəsizliyi qorunmuş olacaq. Baxmayaraq ki, düşmənlər bu sahədə bir çox planlara malikdirlər. İnqilab Rəhbəri daha sonra deyiblər: Nüvə müzakirələrinin yekun mətninin təsdiq edilməsi və ya edilməməsindən asılı olmayaraq, İran regiondakı dostlarını himayədən əl çəkməyəcək və Yəmən, Fələstin, Bəhreyn, İraq, Suriya və Livan xalqları davamlı olaraq himayə olunacaqlar. İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Nüvə müzakirələrinin təklif olunan sənədinin hazırlanması ilə İranın ABŞ-ın hegemonçu dövləti qarşısındakı siyasəti də dəyişmiş olmayacaq və dəfələrlə qeyd olunduğu kimi, İran ABŞ ilə beynəlxalq məsələlər barədə müzakirə aparmır və nüvə məsələsi barədə də məsləhətə uyğun olaraq müzakirə aparıb. O həzrət ABŞ-ın regionla bağlı siyasətləri ilə İranın siyasətləri arasında böyük fərqin olduğunu bildirib və deyiblər: ABŞ Livan müqavimətini terrorçuluqda ittiham edir. Amma, uşaq qatili olan sionist rejimini himayə edir. Belə bir siyasət ilə necə müzakirə etmək olar? Həzrət Ayətullahülüzma Xamenei həmçinin, ABŞ rəsmilərinin son nüvə müzakirələrinin ardınca rəcəz oxumaları barədə də deyib: Həqiqət başqa şeydir. Onlar öz xalqlarına həqiqəti demirlər. Əgər İranın təslim olduğunu iddia edirlərsə, onlar bunu yalnız yuxuda görə bilərlər. İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İslam İnqilabının əvvəlindən indiyə kimi Amerikada 5 prezident İranın təslim olmasını görmək arzusu ilə ölüblər, yada sərgərdan olublar. O həzrət daha sonra deyiblər: Dünyanın iqtisadi baxımdan ən böyük 6 ölkəsi İranı nüvə sənayesinə malik olmaqdan məhrum etmək məqsədi ilə davam edən 12 illik çəkişmələrin ardınca, bu gün bir neçə min sentrifuqanın öz fəaliyyətini davam etdirməsi ilə razılaşmağa məcbur olub. İranda nüvə sənayesi və elminin inkişaf etdirilməsi prosesinin davam etməsi ilə razılaşmağa məcbur olublar. Bu, İran xalqının iqtidarının nişanəsidir. İslam İnqilabının Böyük Rəhbəri sonda ABŞ prezidentinin İran ordusunu məhv edə biləcəyi barədəki son sözlərinə işarə edərək, vurğulayıblar: İran heç bir müharibəni başlayan tərəf olmayacaq. Amma, daha yaxşı dərk etmək və öz təcrübələrindən düzgün formada istifadə etmək istəyirlərsə, bilməlidirlər ki, müharibəni məğlub kimi tərk edəcək tərəf, cinayətkar Amerika olacaq.