Zərif: Nüvə anlaşmasının ardınca regional əməkdaşlıqlar genişlənəcək
İyul 18, 2015 20:34 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri İran və 5+1 qrupu arasında anlaşmanın əldə olunmasından sonra regional əməkdaşlıqların genişlənəcəyindən xəbər verib.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif Fitr bayramı münasibəti ilə İslam və Ərəb ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış müraciətdə deyib: Nüvə müzakirələrinin yekun nəticəsinin təsdiq edilməsi və onun ardınca nüvə anlaşmasının icraya qoyulması ilə ikitərəfli və regional əməkdaşlıqlar genişlənəcək.İranın xarici işlər naziri əlavə edib: Şibhəsiz İranın nüvə fəaliyyətləri ətrafında yaradılan qondarma böhranın diplomatik yolla həll edilməsinin ardınca regional və beynəlxalq əməkdaşlıqlar üçün münasib şərait yaranmış olacaq.
Zərif həmçinin öz müraciətində İslam ölkələri üçün sülh, əmin-amanlıq, dostluq və rifah arzu edib.