Ruhani: Anlaşmanın ardınca İranın başlıca prioriteti qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi olacaq
İyul 18, 2015 16:48 Asia/Baku
-
Ruhani: Anlaşmanın ardınca İranın başlıca prioriteti qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi olacaq
İran prezidenti deyib: nüvə anlaşmasının əldə edilməsinin ardınca qonşu ölkələrlə əlaqələrin hərtərəfli formada inkişaf etdirilməsi İranın başlıca prioriteti olacaq.
İRNA-nın məlumatına görə, Həsən Ruhani şənbə günü Qətər əmiri Şeyx Təmim bin Həməd Ali Sani ilə telefon əlaqəsində İranın regionda sülh və təlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə region ölkələri, xüsusilə də Qətər kimi dost ölkələr ilə əlaqələrin gücləndirilməsinə hazır olduğunu bildirib və deyib: Qarşılıqlı formada əməkdaşlıq yolu ilə terrorçu və təkfirçi qruplaşmaların fəaliyyətini də önləmək lazımdır.Ruhani region ölkələrinin rifahı və inkişafının regional təhlükəsizliyin təmin edilməsindən asılı olduğunu vurğulayıb və deyib: İranın Qətərdən gözləntiləri regionda gərginlik və böhranın azaldılması istiqamətində səylərini artırmasıdır.
İran prezidenti əlavə edib: İran və 5+1 qrupunun əldə etdiyi son uğur göstərdi ki, regional məsələlər və ölkələr arasındakı ixtilaflar müzakirə yolu ilə həll edilməlidir.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani də bu telefon söhbətində Fitr bayramı münasibətilə İran prezidentini təbrik edib və deyib: Qətər Vyanada əldə olunan nüvə uğurundan razıdır və davamlı olaraq regional problemlərin diplomatik yoll həll edilməsinə təkid edir.
Qətər əmiri İranın regional problemlərin həllində oynadığı rolun əhəmiyyətinə təkid edərək, deyib: Region ölkələrinin əməkdaşlığı mövcud böhranların həllində təsirli ola bilər.
İran prezidenti həmçinin, bu gün Pakistan prezidenti Məmnun Hüseyn ilə telefon əlaqəsi saxlayıb və Fitr bayramı münasibətilə onu təbrik edib.
Həsən Ruhani ölkəsinin Pakistan ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini müsbət qarşıladığını vurğulayaraq, deyib: Vyanada əldə olunan nüvə uğuru region ölkələri və qonşu ölkələrin xeyrinə olacaq və iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
Pakistan prezidenti Məmnun Həsən də bu telefon söhbətindən İran və 5+1 qrupu arasında anlaşmanın əldə olunmasını bütün regionun xeyrinə adlandırıb və regional problemlərin həll edilməsi üçün diplomatik həll yollarından istifadəyə təkid edib.
Teqlər