General-mayor Dehqan: İran heç kimə hərbi sirlərinə giriş icazəsi verməyəcək
İyul 20, 2015 20:21 Asia/Baku
İranın müdafiə naziri deyib: İran İslam Respublikası heç bir tərəfə öz hərbi və təhlükəsizlik sirlərinə giriş icazəsi verməyəcək.
İSNA xəbər agentliynin məlumatına görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan bu gün, bazar ertəsi Müdafiə Nazirliyinin müdirləri və kadrları qarşısında, İran və 5+1 qrupu arasında əldə olunmuş anlaşma barədə deyib: Bu anlaşma İran xalqının müqaviməti və şücaəti, İslam İnqilabının Böyük Rəhbərinin müdrikliyi və müzakirə arapan heyətin qətiyyətliliyinin nəticəsidir. Bu anlaşma böyük qüdrətlərin İranın izzət ilə yanaşı olan mövqeyini qəbul etməsi idi.General-mayor Hüseyn Dehqan İran və 5+1 qrupu arasındakı müzakirələrin sırf nüvə məsələsi barəsində olduğunu vurğulayaraq, əlavə edib: İranın müdafiə doktrinasında tanınmamış silahlara yer yoxdur. Bu kimi silahların istehsalı, saxlanılması və istifadəsini şəri baxımdan haram hesab edir.
İranın müdafiə naziri həmçinin deyib: Raketlərlə bağlı məsələlər də heç vaxt nüvə müzakirələrinin gündəmində durmayıb və ya müzakirələrin bir hissəsi olmayıb. Və quruluş bu sahədə öz proqramlarını tam qətiyyətlə icra etməkdədir.
General-mayor Dehqan əlavə edib: Bu gün İran xalqının nüvə silahlarının istehsalı sahəsinə daxil olmayacağı üzrə siyasi iradəsi artıq dünya ictimaiyyəti üçün sübut olunub.
İranın müdafiə naziri əlavə edib: Nüvə silahlarının məhv edilməsi prosesi regional və beynəlxalq səviyyədə və NPT əsasında izlənilməlidir və bu məsələ ABŞ başda olmaqla dünyanın başlıca prioriteti olmalıdır.