İyul 21, 2015 19:57 Asia/Baku
  • İraqçı: İranın nüvə fəaliyyətlərinin sülhsevər olduğu təsdiq olundu
    İraqçı: İranın nüvə fəaliyyətlərinin sülhsevər olduğu təsdiq olundu

İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İranın nüvə fəaliyyətlərinin sülhsevər mahiyyətə malik olduğunu təsdiq etdi.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavini Abbas İraqçı çərşənbə axşamı İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında, komissiya üzvlərinin BMT Təhlükəsizlik Şurasının nüvə müzakirələrinin yekun nəticəsi ilə bağlı 2231 saylı qətnaməsi haqdakı narahatlıqlarını məntiqli adlandırıb.
İraqçı sanksiyaların ləğvi, ölkə daxilində zənginləşdirmənin davam etdirilməsini, nüvə fəaliyyətlərinin davam etdirilməsi, TŞ-nin öncəki qətnamələrinin ləğv edilməsi, İranın BMT nizamnaməsinin 7-ci bəndindən çıxarılması və İranın işinin qeyri-təhlükəsiz məsələyə çevirilməsi Hərtərəfli Müştərək Addım Proqramının əsas xüsusiyyətlərindəndir.
İraqçı həmçinin, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin çox sürətli şəkildə qəbul edilməsini Hərtərəfli Müştərək Addım Proqramının tələblərindən adlandırıb və deyib: 2231 saylı qətnaməyə əsasən Təhlükəsizlik Şurasının İrana qarşı öncəki qətnamələri və sanksiyaları ləğv edilmiş oldu və İran ilə bağlı yeni münasibətin sərgilənməsi ilə İranın nüvə fəaliyyətinin sülsevər olduğu təsdiq edilmiş oldu.
BMT TŞ 15 lehinə səslə 2231 saylı qətnaməni qəbul edərək, İran ilə 5+1 qrupu arasındakı nüvə müzakirələrində əldə olunan Hərtərəfli Müştərək Addım Proqramını təsdiq etmiş oldu.

Teqlər