İyul 22, 2015 10:42 Asia/Baku
  • İranın ticarət mübadilələri artır
    İranın ticarət mübadilələri artır

İran İslam Respublikasının Ticarətin İnkişafı Təşkilatının sədri Tehranın digər ölkələr ilə ticarət mübadilələrinin artmasından xəbər verib.

İranın Ticarətin İnkişafı Təşkilatının sədri Vəliyullah Əfxəmi Rad nüvə müzakirələrinin uğurlu nəticələnməsinin ardınca yaranan yeni atmosferə işarə edərək, deyib: Sanksiyaların ləğv edilməsi üçün geri sayımın başlanması ticarət mübadilələrinin artmasına və İranın ticarət şəriklərinin dəyişməsinə səbə bolacaq.
İranın Ticarətin İnkişafı Təşkilatının sədri idxala nəzarət və ixracatın himayə edilməsini yerli istehsalın inkişafına dəstək istiqamətində adlandırıb və deyib: Dövlət öz xarici şərikləri ilə əməkdaşlıqlarının davamında yerli istehsalçıların yaradıcılığından faydalanaraq, sənayenin inkişaf etdirilməsi üçün yeni texnologiyaları himayə edəcək.
İranın İdxalat birliyinin rəisi Məhəmməd Hüseyn Bərxordar da sanksiyaların ləğv edilməsindən sonra İranın hazırkı ticarət şəriklərinin dəyişəcəyinə işarə edərək deyib: Bu sanksiyaların BMT TŞ tərəfindən ləğv edilməsinin ardınca İranın Çin, BƏƏ, Cənubi Koreya, Türkiə və Hindistan ilə ticarət mübadilələrinin həcmi, yeni avropalı şəriklərin səhnəyə daxil olması ilə, dəyişəcək.

Teqlər