Həsən Ruhani: BMT TŞ-nin qətnaməsi misilsiz idi
https://azeri.sahartv.ir/news/İran-i196102-həsən_ruhani_bmt_tŞ_nin_qətnaməsi_misilsiz_idi
İran İslam Respublikası prezidenti BMT Təhlükəsizlik Şurasının İran və 5+1 qrupu arasındakı nüvə müzakirələri ilə bağlı qətnaməsinə münasibət bildirərəkən deyib: Bu qətnamə çox nadir, bəlkə də misilsiz bir hadisə olaraq, ölkə tarixində, tarixi bir gün kimi yadda qalacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2015 11:19 Asia/Baku
  • prezident Həsən Ruhani
    prezident Həsən Ruhani

İran İslam Respublikası prezidenti BMT Təhlükəsizlik Şurasının İran və 5+1 qrupu arasındakı nüvə müzakirələri ilə bağlı qətnaməsinə münasibət bildirərəkən deyib: Bu qətnamə çox nadir, bəlkə də misilsiz bir hadisə olaraq, ölkə tarixində, tarixi bir gün kimi yadda qalacaq.

İRİB-nin məlumatına görə, İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında BMT TŞ-nin 2231 saylı qətnaməsi barədə deyib: Bu nüvə anlaşması heç bir tərəfin zərərinə deyil.
Həsən Ruhani daha sonra xatırladıb: Bu gün İran BMT nizamnamasinin 7-ci bəndindən xaric olmuş olub və bu böyük bir uğurdur.
Cənab Ruhani İranın ölkələrin daxili işlərinə müdaxiləni məqbul hesab etmədiyini bildirərək, deyib: Əlbəttə, biz həmişə bildirmişik ki, məzlumları müdafiə edir və öz potensiallarımızdan terrorizm ilə mübarizədə istifadə edirik. Çünki, terrorizmi region və dünya üçün təhlükəli hesab edirik.