İyul 22, 2015 17:42 Asia/Baku
  • Tehran və Əlborzda tufan
    Tehran və Əlborzda tufan

İranın Məhkəmə Ekspertizası Təşkilatı bildirib ki, Tehran və Əlborz vilayətlərində tufan və sel nəticəsində həyatını itirənlərin sayı, artıq 16 nəfərə çatıb.

İranın Məhkəmə Ekspertizası Təşkilatı 19 iyul tarixində sel nəticəsində həyatını itirən daha iki cəsədin Əlborz vilayətinin Məhkəmə Ekspertizası Təşkilatına və daha bir cəsədin də Tehranın Məhkəmə Ekspertizası Təşkilatına köçürülməsi ilə Tehranda aşkar edilən cəsədlərin sayının 5, Əlborz vilayətində isə 6 nəfərə çatdığını bildirib. Beləliklə tufan nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
İndiyə kimi tufan nəticəsində həlak olan 16 nəfərdən 5-nin kimliyini müəyyən etmək mümkün olub. Bunlardan 3-ü Tehran, 2-si isə Əlborz vilayətinə aiddir.
İyunun 19-da tufan ilə yanaşı olan güclü yağışın yağması çaylarda suyun səviyyəsinin artmasına və bəzi məntəqələrdə sel fəlakətinə səbəb olub.

Teqlər