İyul 22, 2015 21:28 Asia/Baku
  • İngiltərə İŞİD-ə qarşı mübarizədə İran ilə əməkdaşlıq etmək istədi
    İngiltərə İŞİD-ə qarşı mübarizədə İran ilə əməkdaşlıq etmək istədi

İngiltərə xarici işlər naziri Londonun İŞİD-ə qarşı mübarizədə İran ilə əməkdaşlıq etmək istədiyini bildirib.

"İnternational Busines Times"-ın yazdığına görə, İngiltərə xarici işlər naziri Filip Hamund çərşənbə axşamı İngiltərə Parlamentinin Xarici Əlaqələr Komitəsində deyib: İran ilə anlaşma bu ölkə ilə daha geniş dialoqa zəmin yaradıb və bu məsələ İraqda cərəyan edən hazırkı hadisələri nəzərə aldıqda xeyli önəm kəsb edir.
Hamunda əlavə edib: Bir məsələyə işarə etmək olar. O da İŞİD-ə qarşı mübarizədə İran və İngiltərə arasında əməkdaşlığın edilməsidir. Zira, hər iki tərəf bu barədə ortaq nigaranlıqlara malikdir. Bu nigaranlığın adı İŞİD-dir və məhv edilməlidir.
Hamund çıxışının davamında deyib: İraq və Suriyadakı səhvləri, yəni mərkəzi dövləti məhv edərək, boşluğun yaradılması səhvini təkrar etmək olmaz.

Teqlər