İyul 23, 2015 13:47 Asia/Baku
  • Ruhani: Anlaşma dünyaya təhdid, sanksiya və zorakılığı kənara qoymaq mesajı verir
    Ruhani: Anlaşma dünyaya təhdid, sanksiya və zorakılığı kənara qoymaq mesajı verir

İran İslam Respublikası prezidenti deyib: İranın nüvə anlaşması dünyaya təhdid, sanksiya, qorxu və zorakılığı kənara qoymaq mesajı verir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən ruhani cümə axşamı günü İranın Səhiyyə İctimai Təşkilatlarının konfransında etdiyi çıxışında deyib: İran diplomatlarının beynəlxalq səhnədə atdıqları addım təhdid, qorxu və sanksiyanı kənara qoymaq mesajını verirdi. Artıq qalib-məğlub anlaşması dövrü sona çatıb və ən mürəkkəb problemlər müzakirə masasında həll olunacaqdır.
"İran diplomatları və nümayəndələri nüvə müzakirələrində yetərli bacarığa malik idilər və əgər bundan qeyrisi olsaydı, qətnamə və siyasi cümlələri dərk edə bilməzdilər" -deyə Ruhani əlavə edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri bildirib: İran və Altılar qrupunun müzakirələrindən sonra BMT Təhlükəsizlik Şurasında tənzimlənən qətnamə savadlı olan və siyasi və hüquqi yükünü hər bir terminlə dərk edəcək alimlərə ehtiyaclıdır. Əlhəmdulillah bu millətin övladları xüsusi məharətlə düşmənlərin siyasəti qarşısında dayandılar.
İran prezidenti İslam İnqilabının Böyük Rəhbərinin nüvə müzakirələrindəki bələdçiliklərinə toxunaraq əlavə edib: İnqilab Rəhbəri ilk gündən, köməyi, dəstəyi və istiqamətləndirməsinə ehtiyac olduğu hər gün önəmli və daha əhəmiyyətli məsələni həmişə diqqət mərkəzində saxladılar.
İranın Səhiyyə İctimai Təşkilatlarının konfransı bu gün prezident və Nazirlər Kabinetinin bəzi üzvlərinin iştirakı ilə Tehranın Milad qülləsində işə başlayıb.

Teqlər