İyul 24, 2015 09:58 Asia/Baku
  • Vəhhabiliyin imperializm və sionizmə xidmətdən başqa məqsədi yoxdur
    Vəhhabiliyin imperializm və sionizmə xidmətdən başqa məqsədi yoxdur

Təqlid mərcələrindən Ayətullah Hüseyn Nuri Həmədani deyib: Azğın vəhhabilik firqəsinin cinayətlər törətməklə beynəlxalq imperializm və sionizmə xidmətdən başqa məqsədi yoxdur.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, bu təqlid mərcəyi 8 şəvval Bəqidə Əhli-Beytin (ə) qəbirlərinin dağıdılmasının ildönümü ilə əlaqədar verdiyi müraciətdə təkfirçi vəhhabiliyin cinayətlərini pisləyib və əlavə edib: Təxminən 90 il öncədən təkfirçi vəhhabilik firqəsinin Bəqidə məsumların qəbirlərini dağıtdıqdan, Mədinə məscidində alçaq cinayətlər törətdikdən, Kərbəlada qanlar axıtdıqdan və islam abidələrini dağıtdıqdan sonra öz azğın əqidələrini nümayiş etdirdilər. Hər il bu böyük müsibətin xatirəsi müsəlmanların ürəyində yenilənir.
1344-cü hicri qəməri ili 8 şəvvalda Məkkənin işğalından sonra vəhhabilər Əbdüləziz Bin Səudun başçılığı ilə Mədinəyə doğru hərəkət etdilər və şəhəri mühasirəyə alaraq onun müdafiəçiləri ilə döyüşdən sonra Mədinəni işğal etdilər, Osmanlı məmurlarını şəhərdən çıxardılar və məsumların qəbirlərini və digər qəbirlər, o cümlədən əziz peyğəmbərin (s.ə.s) oğlu İbrahim, o həzrətin həyat yoldaşları və atasının qəbrini dağıtdılar.

Teqlər