Ruhani: Dünya İran xalqının müqaviməti qarşısında təzim etdi
https://azeri.sahartv.ir/news/İran-i196209-ruhani_dünya_İran_xalqının_müqaviməti_qarşısında_təzim_etdi
İran İslam Respublikası prezidenti deyib: Dünya bir daha İran xalqının müqaviməti və birliyi qarşısında baş əydi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2015 10:24 Asia/Baku
  • Həsən Ruhani
    Həsən Ruhani

İran İslam Respublikası prezidenti deyib: Dünya bir daha İran xalqının müqaviməti və birliyi qarşısında baş əydi.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü İranın qərbində yerləşən Kürdüstan vilayətində böyük kütlə qarşısında əlavə edib: Bu gün İran xalqının beynəlxalq təzyiq və təhdidlər qarşısında qələbə günüdür.
İran prezidenti bildirib: İran xalqı 12 il məntiq, müqavimət və müzakirə meydanında müqavimətdən sonra öz əzəmətini dünyaya göstərdi.
"İran xalqı dünyanın 6 böyük qüdrəti qarşısında müqavimətlə qələbəyə çatdı və dünyanı öz qarşısında təslim olmağa məcbur etdi" -deyə Ruhani bildirib.
"Sülhməramlı nüvə enerjisindən daha önəmlisi İran xalqının enerjisidir" deyən İran prezidentinin sözlərinə görə, İran xalqının sonsuz enerjisi elə bir iş gördü ki, hazırkı dünyanın birinci qüdrəti ABŞ İranın təslim olmaz olduğunu etiraf etdi.
Ruhani bildirib: ABŞ dövlət katibi Senatda açıq aşkar deyir ki, iranlıları təhdid etməyin. Bu o mənadadır ki, İran xalqı ilk gündən bu günə qədər Allaha söykənərək düşmənlər qarşısında qalib olmuşdur.
İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri regionun şəraiti, xüsusilə də İŞİD terror qruplaşmasının İraqdakı iştirakını xatırlayaraq deyib: Əgər Kürdüstan əhalisinin müqaviməti olmasaydı, Ərbil və İraq Kürdüstanı süqut etmişdi.
İran xalqının məzlumu müdafiə edəcəyini bəyan edən Ruhani bildirib: İlahi qüvvənin inayəti, vəhdət və birliklə regiona və İraq terrorçulardan təmizlənəcəkdir.
İran İslam Respublikası prezidenti əlavə edib: İran xalqı ən mürəkkəb məsələnin masa üzərində həll olunacağını sübut etdi. Buna görə digər məsələləri də həll etmək olar.