İyul 29, 2015 08:33 Asia/Baku
  • Mogerini-Ruhani
    Mogerini-Ruhani

İran İslam Respublikası prezidenti Avropa Birliyinin xarici siyasət məsələri üzrə koordinatorunu qəbul edib. Vyana anlaşmasını beynəlxalq problemlər və ixtilafların həlli üçün diplomatiyanın qüdrəti adlandıran İran prezidenti deyib: Bəşəriyyət qarşısındakı müştərək öhdəliklərimiz terrorizmə və günahsızların kütləvi qırğınına son qoymaqdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, prezident Həsən Ruhani çərşənbə axşamı günü Federika Mogerini ilə görüşdə iki tərəf müzakirəçilərinin anlaşmanı əldə etmək üçün sıx və ağır iş günlərini arxada qoyduqlarını bəyan edərək deyib: Əldə olunan anlaşma region, Avropa və dünya əlaqələrinin gələcəyi üçün çox önəmli və təsiredici olacaqdır.
Vyana anlaşmasının region və dünyanın digər məsələlərinin həlli üçün bir model olacağına ümid bəsləyən cənab Ruhani əlavə edib: Bu anlaşma bütün dünya ölkələrinə sülh mesajı verdi və beynəlxalq anlaşmaların ədalətə riayət olunduğu halda hələ də təsiredici olduğunu və danışıqların siyasi problemlərin həlli ilə nəticələnə biləcəyini göstərdi.
İran prezidenti İran və Avropa ölkələrinin tarixi əlaqələrinə toxunaraq xatırladıb: İranlılar mədəni, dini və milli prinsiplərə əsasən öz əhdlərinə sadiqdirlər və tərəflərin təsdiq mərhələlərindən sonra Vyana anlaşmasının dəqiq icrası İran İslam Respublikası və Avropa Birliyinə layiq olan iki tərəfin əlaqələrinin genişlənməsinə kömək edə bilər.
Cənab Ruhaninin sözlərinə görə, iqtisadiyyat və ticarət əlaqələr səviyyəsinin yüksəldilməsinin digər ikitərəfli əlaqələr sahəsindən daha asan olmasına baxmayaraq, İslam Respublikasının yüksək potensiallarını nəzərə alaraq Avropa Birliyi ilə elm, tenxologiya, mədəniyyət və siyasət əlaqələrində də çiçəklənmə olmalıdır.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini də bu görüşdə Vyana anlaşmasından sonra İrana səfərindən razılıq edərək müzakirələr dövründə prezidentin dəstəyi və idarəçiliyini, eləcə də qüdrətlə, öhdəliklə və ədalətli şəkildə müzakirələri izləyərək nəticəyə çatdıran İranın nüvə müzakirə komandasının üzvlərini alqışlayıb.
Avropa Birliyini xarici siyasət üzrə ali nümayəndəsi Vyana anlaşmasını sülhün genişlənməsi üçün irəliyə doğru addım adlandırıb və deyib: Avropa Birliyinin nümayəndəsi olaraq deyirəm ki, biz tam öhdəliklə anlaşmanı dəstəklədiyimizi bildiririk. Müştərək komissiyanın üzvü olaraq bu anlaşmanın düzgün, dəqiq və zamanında icrası istiqamətində mərhələ-mərhələ icrası üçün bütün səyimi göstərəcəyəm.
Avropa Birliyinin İranla əlaqələrdə yeni səhifəsinin açılması üçün tam hazır və qərarlı olduğunu bəyan edən Mogerini xatırladıb: Bu anlaşmadan nigaranlıq edən bir neçə ölkəyə üzümü tutub deyirəm ki, bu anlaşmanın əldə olunması üçün böyük həcmdə siyasi investisiya qoyuruqsa, onun icrası üçün də həmin ölçüdə iradə və investisiya sərf edəcəyik.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi bildirb: Mütləq gələn həftələrdə çoxlu sayda avropalı nümayəndələrin Tehrana səfərinin şahidi olacaqsınız. Bu isə İranla əlaqələrin genişlənməsi üçün çoxlu potensialların olduğunu göstərir.

Teqlər