İyul 29, 2015 14:28 Asia/Baku
  • Loran Fabiusl-Məhəmməd Cavad Zərif
    Loran Fabiusl-Məhəmməd Cavad Zərif

İran və Fransa xarici işlər nazirləri bildiriblər: İki ölkənin əlaqələri, müxtəlif sahələrdə, xüsusilə də siyasət və iqtisadiyyat sahələrində genişlənəcəkdir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Fransa xarici işlər naziri Loran Fabiusla Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib: İki ölkə yalnız nüvə sahəsi ilə məhdudlaşan siyasi məsləhətləşmələrini, digər sahələrə də genişləndirmək niyyətindədir.
İran xarici işlər naziri əlavə edib: Fransa və İran nüvə əməkdaşlıqlarını genişləndirməkdən əlavə, ifratçılıq, terrorizm, narkotik maddələrin qaçaqçılığı ilə mübarizə, eləcə də ətraf mühit sahəsində yaxşı əməkdaşlığa malik olmaq niyyətindədirlər.
Fransa xarici işlər nazirinin Tehrana səfərinin bəzi anlaşılmazlıqların aradan qalxmasına kömək edəcəyinə ümid bəsləyən Zərif əlavə edib: Nüvə anlaşmasının icrası iki ölkə arasında enerji, nəqliyyat, avtomobilqayırma sənayesi və digər sahələrdə əməkdaşlıqların genişlənməsinə şərait yaranacaqdır.
Fransa xarici işlər naziri Loran Fabius da bu mətbuat konfransında İran və Fransa əlaqələrinin qarşılıqlı hörmətə malik olmasına toxunaraq deyib: Fransa xalqı İran xalqının mədəniyyəti, tarixi və sivilizasiyası, eləcə də İraqla müharibə zamanı çəkdiyi əzab-əziyyətə hörmətlə yanaşır.
Vyana nüvə anlaşmasının İran və Fransa əlaqələrinin genişlənməsinə şərait yaratdığını bildirən Fabius əlavə edib: Yeni vəziyyət və sanksiyaların ləğvini nəzərə alaraq, əgər İran maraqlı olarsa, Fransa da bu ölkə ilə müxtəlif sahələrdə, o cümlədən ətraf mühit, terrorizm, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıqları genişləndirməyə hazırdır.
Nüvə müzakirələrində Parisin rolunu konstruktiv adlandıran Fransa xarici işlər naziri deyib: Fransanı metodu bu idi ki, etiraz edilməyən və möhkəm bir proses olsun. Əlbəttə nüvə anlaşmasında məsələlər barəsində bütün razılıqlar cəlb olunmuşdu. yoxsa, anlaşma əldə olunmazdı.
Fabius deyib: Fransa və İran regionda önəmli və nüfuzlu mövqeyə və iki ölkə terrorizm və radikallıqla mübarizə sahəsində müştərək maraqlara malikdirlər.
Fransa xarici işlər naziri regionda sülh və stabilliyin bərqərar olunmasının Fransa və İran üçün əhəmiyyət daşıdığını bildirərək deyib: Vyana nüvə anlaşması təkcə texniki bir anlaşma deyil, region və dünyada sülh və stabilliyin genişlənməsinə zəmin yaradır.

Teqlər