İyul 31, 2015 15:31 Asia/Baku
  • Vyana müzakirələri İranın kütləvi qırğın silahı ardınca olmadığını sübuta yetirdi
    Vyana müzakirələri İranın kütləvi qırğın silahı ardınca olmadığını sübuta yetirdi

Tehranın bu həftəki cümə namazının xətibi deyib: Nüvə məsələsinin sona çatdırılması İran İslam Respublikasının müqəddəs quruluşu və İslam İnqilabının Böyük Rəhbərinin mövqeyidir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Tehranın bu həftəki cümə namazı xətibi Ayətullah Əhməd Xatəmi nüvə danışıqlarının irəliləməsində İslam İnqilabının Böyük Rəhbərinin roluna toxunaraq deyib: Vyana nüvə müzakirələrində İran sübut etdi ki, kütləvi qırğın silahları ardınca deyil.
Tehranın cümə namazı xətibi nüvə məsələsini milli və İran xalqına aid məsələ adlandırıb və deyib: Bu məsələ bir cinaha aid məsələ deyil və hamı onun uğuru və nəticəyə çatması üçün çalışmalıdır.
Ayətullah Xatəmi həmçinin İran xalqının böyük şeytan ABŞ-ın məkrli planları qarşısında sayıq olmasını vurğulayaraq xatırladıb: ABŞ-ın İran xalqına qarşı öyünməsi daxili xarakter daşıyır.
Tehranın cümə namazı xətibi İran əleyhinə masa üzərində seçimin olmasını köhnə seçim adlandırıb və bildirib: İran müharibə ardınca deyil və avantüristlik də etmir. Lakin əgər onlar yanlışlığa yol verərlərsə, İran Silahlı Qüvvələri çox sərt cavab verəcək və amerikalıları peşman edəcəklər.
Ayətullah Xatəmi "Amerikaya ölüm!" şüarının emossional olmadığını bildirərək deyib: İran xalqı 50 ildən çox Amerika tərəfindən zülmə məruz qalıb və Amerikanın bu funksiyası İranda bu şüarın daha da möhkəmlənməsi və əzəmətli şəkildə söylənməsinə səbəb olub.
Ayətullah Xatəmi həmçinin Avropa heyətlərinin son İran səfərlərinə toxunaraq deyib: Bu heyətlərin İrana ardıcıl səfərləri qərbin İran ehtiyatları və bazarına ehtiyaclı olduğunu göstərir.
Tehranın cümə namazı xətibi sözlərinin digər hissəsində Suriya və Yəmən böhranı, sionistlərin Fələstin xalqına qarşı cinayətləri, həmçinin Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı cinayətlərinin səbəbkarını Amerika adlandırıb və xatırladıb: İran İslam Respublikası regionda haqqsevər mübarizələri dəstəkləyir.

Teqlər