İran region ölkələrində tibb elmləri universitetləri yaratmağa hazırdır
İyul 31, 2015 18:16 Asia/Baku
İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri İranın region ölkələrində beynəlxalq tibb elmləri universitetləri yaratmağa hazır olduğunu deyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görəö, Seyid Həsən Qazizadə Haşimi İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində keçirilən 8-ci Dünya Müsəlmanları Beynəlxalq konfransında deyib: İranda tibb elmləri çox inkişaf edib və müalicə olunmaq üçün xaricə xəstə göndərməyə ehtiyac yoxdur.İranın səhiyyə, müalicə və tibbi təhsil naziri İranın dünyada tibb elmləri üzrə 17-ci yeri tutduğuna toxunaraq əlavə edib: Tibb xərclərinin azaldılması və səhiyyə xidmətlərinin yaradılması bu nazirliyin prioritetidir.
İslam İnqilabının Böyük Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti də konfransda deyib: İranda islam elmlərini təhsili üçün şərait vardır.
Vilayəti bildirib: Təəssüflər olsun ki, hazırda əcnəbilər tərəfindən Yəmən, İraq, Suriya və Livan müsəlmanlarına qarşı gərginliklərin yaradılmasının şahidiyik. Bu ölkələrə tibbi köməklər olunmalıdır.
Məşhəddə keçirilən 8-ci Dünya Müsəlmanları Beynəlxalq Konfransı təxminən 400 şiə həkimin iştirakı ilə ötən gündən işə başlayıb və 4 gün davam edəcək.