Avq 01, 2015 19:41 Asia/Baku
  •  İran nüvə müzakirələrində tələblərinə çatdı
    İran nüvə müzakirələrində tələblərinə çatdı

İran İslam Şurası Məclisinin sədri deyib: Tehran nüvə müzakirələrində öz tələblərini əldə etdi.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Laricani İSNA-ya verdiyi müsahibədə deyib: Qərblilərin tələbi bu idi ki, İranın nüvə biliyinin inkişafı bütövlükdə məhv olsun və tamamilə yığışdırılsın. Lakin İslam Respublikasının nüvə müzakirələrindəki tələbi nüvə elminin təsbit olması və bəzi gərginliklərin aradan qaldırılması idi. Və bu da əldə olundu.
Laricani hərbi mərkəzlərə baxışın keçirilməsi planı barədə deyib: İran İslam Respublikası bu planı qəbul etmir və onlara belə bir icazəni verməyəcək.

Teqlər