Avq 02, 2015 08:58 Asia/Baku
  • AEBA öz müstəqilliyini qorumalıdır
    AEBA öz müstəqilliyini qorumalıdır

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun Amerika Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüşməsi ilə bağlı qərarına reaksiyada bildirib ki, Amanonun bu qurumun müstəqilliyini qorumasının intizarındayıq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Behruz Kamalvəndi İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin gizli anlaşmasını bəyan etmək üçün bu agentliyin baş direktoru Yukiya Amanonun ABŞ senatorları ilə görüşmək haqdakı qərarı barədə deyib: Agentliyin baş direktorunun hara səfər etməsi ilə bağlı qərarından asılı olmayaraq, bizim üçün əhəmiyyətli olan məsələ agentliyin müstəqilliyi və tərəfsiz olmasıdır. Çünki Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bu beynəlxalq qurumun müstəqillik və tərəfsizliyinə zamindir.
İran və AEBA arasındakı son anlaşmanın məzmununa toxunan İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Bu anlaşma İranın Atom Enerjisi Təşkilatının sədri ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru arasında Tehran-Maqatenin addım-addım əməkdaşlığı üçün Tehran bəyanatının davamı üzrə əldə olundu. Anlaşmanın məqsədi keçmiş və indiki məsələlərin aydınlaşması və agentliyin İrandan suallarının uzanması prosesinə son qoyulması idi.
Kamalvəndi deyib: AEBA əsasnaməsi və nəzarət anlaşmasına əsasən İranın təhlükəsizlik məsələlərinin nəzərdə tutulacağını gözləyirik. Həmçinin son anlaşmanın 10-cu bəndində iki tərəf arasında razılıq olunub ki, bu çərçivədə İranın təhlükəsizlik məsələləri və nnigaranlıqları nəzərdə tutulsun.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Biz informasiya agentlikləri və AEBA-nın saytı vasitəsi ilə Amanonun Amerikaya səfər etmək və orada senatorlarla görüşmək qərarını bildik.

Teqlər