Avq 02, 2015 19:12 Asia/Baku
  • Nüvə anlaşmasını əldə etmək İranın öncüllüyünü göstərir
    Nüvə anlaşmasını əldə etmək İranın öncüllüyünü göstərir

İran Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Baş İdarəsinin baş direktoru deyib: Vyanada nüvə müzakirələrinin yekununun ən önəmli amili təzyiq, təhdid və sanksiya siyasətinin təsirsiz olması və məqsədlərin əldə olunmasında İranın öncüllüyünü göstərir.

İran Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Baş İdarəsinin baş direktoru Həmid Bəidinejad İSNA İnformasiya Agentliyi ilə müsahibədə Vyanada nüvə anlaşması barədə deyib: İranın öncüllüyü və təzyiq, təhdid və sanksiya siyasətinin təsirsiz qalması səbəb oldu ki, qarşı tərəf bu qətiyyətə çatdı ki, İranın nüvə hüququnun təmin olunmasında İranla razılaşmağa məcburdur.
Bəidinejad İranla 5+1 qrupuun nüvə müzakirələrini misilsiz adlandırıb və əlavə edib: Amerikalılar heç vaxt müzakirələrdə qarşı tərəfin mövqelərinə bu qədər boyun əyməyə məcbur olmamışdılar. Çünki adətən onlar müzakirə masasında şəraiti və nəticəni təyin edirdilər. Lakin nüvə müzakirələrində üç dekadadan sonra öz qədim mövqelərindən geri çəkildilər.
"İran region və dünyada təcrid olunmuş ölkə olsaydı, sanksiyalar hələ də davam edirdi" deyən Bəidinejadın sözlərinə görə, İranın region və dünyada önəmli yeri vardır və strateji baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu şərait barəsində sanksiya və təcrid siyasətinin yararlı olmasına icazə vermir. Buna görə, təsəvvürlərin əksinə olaraq, İran hətta sanksiyaların olmasına baxmayaraq, günü gündən iqtidarını artırdı.
İran Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Baş İdarəsinin baş direktoru həmçinin nüvə müzakirələrinin yekununun əldə olunmasından sonra İslam İnqilabının Böyük Rəhbərinin mövqeyi barədə deyib: İslam İnqilabının Böyük Rəhbəri nüvə siyasətinin prinsiplərini xatırladıblar və gözləntisi bu idi ki, bu prinsiplər qorunsun.

Teqlər