Ruhaninin ölkə üzrə təlim-tərbiyə müdirlərinin iclasındakı çıxışı
Avq 05, 2015 05:50 Asia/Baku
-
Ruhaninin ölkə üzrə təlim-tərbiyə müdirlərinin iclasındakı çıxışı
İran İslam Respublikasının prezidenti deyib: Biz bu qənaətdəyik ki, böyük qüdrətlər qarşısında təslim olmamalıyıq, amma məntiq, dəlil, müzakirə üsulu və diplomatiya hünəri ilə hədəf və istəklərə çatmaq olar.
ISNA-nın məlumatına görə, çərşənbə axşamı günü axşamçağı İran üzrə təlim-tərbiyə müdirlərinin illik iclasında çıxış edən Həsən Ruhani müasir dünyada müzakirə yolu ilə hədəflərə nailolmanı son dərəcə çətin və mürəkkəb, amma mümkün sayıb.İran prezidenti bir daha nüvə müzakirələrinin çətin və mürəkkəb olmasına işarə edərək, vurğulayıb: Bütün çətinliklərə rəğmən, sübut oldu ki, bu üsul nəticəverəndir və əlbəttə, müvəqqəti Cenevrə razılaşmasının əldə olunduğu zaman mötədillik yolunun düzgün yol olması barədə nişanələr görünürdü.
İran İslam Respublikasının prezidenti əlavə edib: Göstərdik ki, bu dəfə "çörək və qələm"lə dünya qüdrətlərinin qarşısında dayanmaq olar. O, deyib: Bu günlər İrana gələn bütün siyasi və iqtisadi heyətlər etiraf edirlər ki, bu gün İran xalqının əsl siması həmişəkindən daha çox dünya xalqlarına aydın olub və bilinibdir ki, bu xalq müharibə və təcavüz deyil, həmişə sülh tərəfdarı olubdur.
İran prezidenti İran xalqının heç zaman bir xalqa qarşı təcavüz törətmədiyini, lakin təcavüzkarlar qarşısında qüdrətlə müdafiəyə qalxaraq, təcavüzkarları peşman etdiyini qeyd edərək, əlavə edib: Xalqımız sülhsevər və məzlumların himayəçisidir, amma bu gün bu xalqa təcavüz edəcək hər bir kəsi Allah-Taalanın köməkliyi ilə öz əməlindən peşman edəcəyik.
Teqlər