İranlı alimlər nano-antibiotik istehsal etməyə nail olublar
Avq 12, 2015 19:45 Asia/Baku
İranlı alimlər nano-antibiotik istehsal etməyə nail olublar
İRNA-nın məlumatına görə, Zəncanın Azad İslam Universitetinin mütəxəssisləri öz araşdırmaları zamanı laboratoriya şəraitində nano-antibiotik düzəltməyə nail olublar.Bu nano-antibiotik birbaşa olaraq iltihablı nahiyəni hədəfə alaraq, daha artıq təsir göstərə bilir.
Nano-antibiotikin düzəldilməsi layihəsinin icraçı direktoru olan Dr.Müctəba Səlati deyib: Bu sahədə mütaliələrimizi təkmilləşdirdikdən və nano-antibiotikin kütləvi istehsalına başladıqdan sonra, iltihab xəstəliklərinin müalicəsində ondan istifadə etmək olar.