İranın dincə məqsədlər üçün olan nüvə faəliyyətləri durdurulmayacaq - Təhlil
Avq 16, 2015 16:58 Asia/Baku
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İran və 5+1 qrupu arasında əldə edilən nüvə anlaşması əsasında bəzi məhdudiyyətləri qəbul edsə də, İranın nüvə fəaliyyətləri dayandırılmayacaq.
Əli Əkbər Salehi İran və 5+ 1 qrupu arasında əldə olunan nüvə anlaşmasının müxtəlif cəhətlərinin araşdırılması məqsədilə keçirilən mətbuat konfransında deyib: Hal hazırda İranda 9000 sentrifuqa fəaliyyət göstərir. Bu miqdar sentrifuqa il ərzində 2 ton uranı zənginləşdirir.İran prezidentinin müavini, daha artıq sentrifuqaların quraşdırılmalı olduğu barədə fikir bildirən şəxslərə cavab olaraq deyib: Nüvə sənayesi digər sənaye sahələri kimi deyil ki, bir növ məhsulu düzəldəsən, sonra onun kütləvi istehsalına başlayasan. Nüvə sənayesində daim ehtiyatla və diqqətlə hərəkət etməli, təhlükəsizlik qaydalarını nəzaət almaq lazımdır ki, təchizatlar tam etibarlı və təhlükəsiz şəraitdə çalışsın.
İranın Atom Enerjisi Təşkilatının sədri İranın nüvə sənayesinin 8-10 il müddətinə inkişaf etmək fürsəti əldə etdiyinə işarə edərək, deyib: Bu müddət İranın əldə etdiyi nüvə nailiyyətlərini təkmilləşdirmək üçün münasib fürsət sayılır. Maneələr və məhdudiyyətlərin aradan qaldırılmasından sonra isə beynəlxalq əməkdaşlıq yolu ilə nüvə yanacağının istehsalı sahəsində tam dövriyyəyə yiyələnmiş olacağıq. Aydın məsələdir ki, Vyanada nüvə müzakirələri ilə bağlı əldə edilən yekun nəticədə İranın müzakirə heyəti dünyanın 6 böyük qüdrəti qarşısında dayanaraq, İran xalqının nüvə haqqını qorudu. Eyni zamanda dünyaya sübut etdi ki, müzakirə və dialoq əhlidir. İran bütün bu illər ərzində istər əməldə və istərsə də sözdə sübut etdi ki, sanksiyalar və təhdidlər qarşısında təslim olmayacaq və öz nüvə haqqının rəsmən tanınması istiqamətində digər ölkələrə bac verməyəcək. Buna görə də, bu dialoqun nəticəsini böyük bir nailiyyət qəbul etmək lazımdır və müzakirələrdə həyata keçirilən anlaşmanı da bu prizmadan dəyərləndirmək olar. Buna görə də, gözləntiləri mümkün olduğu həddən daha artıq qərar vermək olmaz. Və ya anlaşmanın səviyyəsini o həddə qədər endirmək olmaz ki, öz mənasını itirmiş olsun və İranın öz nüvə haqqını itirdiyi anlama gəlsin. Aydın olan bir məsələ var. O da bundan ibarətdir ki, Vyana anlaşmasında nüvə işi ilə bağlı mühüm və həssas məqamlara yer verilib. Bunlardan biri, İranın heç bir nüvə təsisatının öz fəaliyyətini dayandırmamasıdır. İranın nüvə fəaliyyətləri bütün təsisatlarda davam edəcək. Nətəndz, Fordo, İsfahan və Ərakdakı bütün nüvə təsisatları öz fəaliyyətlərini davam etdirəcəklər.
İranın Atomo Enerjisi Təşkilatının sədri bundan öncə, İran prezidentinin Vyana anlaşmasının ardınca təşkil etdiyi mətbuat konfransının kənarında İran və 5+1 qrupu arasındakı anlaşmanı, İranın nüvə işinin yekunlaşdırılması istiqamətində yolun başlanğıcı adlandırmışdı.
Salehi demişdi ki, İran və 5+1 qrupu arasındakı anlaşma İranın heç bir nüvə fəaliyyətlərini dayandırmayacaq və İran sadəcə uranın zənginləşdirilməsi miqdarını 6 ay müddətinə aşağı səviyyəyə endirəcək. Daha sonra müzakirələrin aparılması və yeni şəraitin formalaşması ilə uranın 5 faizdən daha yüksək səviyyədə zənginləşdirilməsinə də imkan yaranacaq. Aydın məsələdir ki, Vyana müzakirələrində əldə olunan yekun nəticə bəzi qərb dairələri və mediaların baxışında pis bir anlaşma kimi qələmə verilir. Burada sionistlərin də izinə rast gəlmək olur. Bu, öncədən planlaşdırılmış bir ssenaridir. Qərbin məqsədi İranın bütün nüvə fəaliyyətlərinin dayandırılmasına hesablanmışdı. Buna görə də, İran və 5+1 qrupu arasında əldə olunan anlaşma, bu baxımdan bir fürsət sayılır. Bu fürsət heç vaxt İranın öz nüvə haqqından geri çəkilməsi mənasında olmayacaq. Aydın məsələdir ki, bu yolda baxışlarda fərq olacaq. Buna görə də, bu yolun nə qədər hamar olduğunu bilmək üçün gələcəyi gözlmək lazımdır.