Zərif: Regiondakı bütün böhranların yeganə həll yolu siyasidir
Avq 17, 2015 19:32 Asia/Baku
-
Zərif-Lavrov
İran İslam Respublikası və Rusiya xarici işlər nazirləri bu gün Moskvada müştərək mətbuat konfransında, Suriya böhranı üçün siyasi bir həll yolunun tapılması üzrə iki ölkənin ortaq baxışa malik olduğunu vurğulayıblar.
Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransının əvvəlində, bu görüşün dostluq atmosferinə malik olduğunu bildirib və deyib: Biz ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət göstəririk.Lavrov daha sonra nüvə anlaşması barədə deyib: Biz bir daha Hərtərəfli Müştərək Addım Proqramını himayə etdiyimizi elan edirik. Biz bu anlaşmanın bəndlərindən razıyıq və ümidvarıq ki, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilən bu sənəd qarşıdan gələn bir neçə həftə ərzində icraya qoyulacağına ümidvarıq.
Rusiya xarici işlər naziri nüvə anlaşmasının İrana nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə icazəsi verdiyini vurğulayaraq, əlavə edib: Bu anlaşma eyni zamanda regionda etimad və əminlik hissinin artmasına kömək edəcək.
Sergey Lavrov əlavə edib: Biz həmçinin, Yaxın Şərq və Afrikanın şimalında cərəyan edən hadisələr barəsində də danışdıq, Suriyanın vəziyyətinə xüsusi diqqət göstərdik. Suriya böhranı yalnız dialoq və diplomatiya yolu ilə həll edilməlidir. Bundan başqa biz Yəmən və İraqın vəziyyəti ilə bağlı danışıqlar apardıq. Daha sonra İranın xarici işlər naziri söz alaraq, Moskva görüşündə diqqət mərkəzində saxlanılan məsələlər barədə deyib: Müzakirələrin uğurlu olması Rusiya ilə əlaqələrin genişləndirilməsinə şərait yaradıb. Rusiya, çətin vaxtlarda bizim kənarımızda olub. Buna görə də, sanksiyalardan sonrakı dövrdə də İranda daha yaxşı şəraitdə malik olmuş olacaq.
Zərif eyni zamanda ümidvarlıq edib ki, nüvə anlaşmasının icra edilməsindən sonra iki ölkə arasında əlaqələr daha da yaxşılaşsın.
Zərif həmçinin deyib: Bu gün Lavrov ilə iki ölkə vətəndaşlarının səfərlərinin asanlaşdırılması istiqamətində işlərin görülməsindən də danışdıq.
İran xarici işlər naziri əlavə edib: Biz həmçinin, regional və beynəlxalq məsələlərin həlli, habelə Hərtərəfli Müştərək Addım Proqramının icrası barədə fikir mübadiləsi apardıq. Rusiya nüvə anlaşmasının icrasında təsirli rola malikdir. Bundan başqa nüvə əməkdaşlıqları sahəsində də bizim şərikimizdir.
Zərif regional böhranlarının hamısının yalnız siyasi həll yoluna malik olduqlarını deyərək, əlavə edib: bu ölkə xalqları öz taleləri barədə özləri qərar verməlidirlər.
İran xarici işlər naziri əlavə edib: Xarici ölkələr bu ölkə xalqları üçün təklif təyin edə bilməz, onlarına yerinə qərar qəbul edə bilməzlər. Sadəcə böhranın həllinə kömək edə bilərlər.
Zərif Lavorv ilə görüşünə işarə edərək, deyib: Fordo nüvə mərkəzində davamlı izotoplar barədə Rusiyanın rolu haqda söhbətlərimiz oldu. Zənginləşdirilmiş uranın mübadilə edilməsi də nüvə anlaşması çərçivəsində həyata keçiriləcək məsələlərdəndir ki, bu görüşdə onun barəsində fikir mübadiləsi apardıq.