İnqilab Rəhbəri: İmperializmin planları ilə mübarizə cihadın aşkar nümunəsidir
Avq 17, 2015 19:42 Asia/Baku
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: İran İslam Respublikası heç bir vəchlə ABŞ-ın İrana nüfuz etməsinə icazə verməyəck, hegemonçuluq quruluşunun regionla bağlı planları qarşısında mübarizə aparacaq.
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının Amerikanın İrana nüfuz etməsinə icazə verməyəcəyini vurğulayaraq, hegemonçuluq quruluşunun region ilə bağlı planlarına qarşı mübarizəni Allah yolunda cihadın bariz nümunəsi adlandırıblar.Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Tehranda Ümumdünya Əhl Beyt(ə) Assambleyası və İslami Radio və Televiziya Birliyi iclaslarının iştirakçıları ilə görüşdə deyiblər: Amerikalılar istəyirlər ki, hələ naməlum vəziyyətdə olan nüvə anlaşmasından İrana nüfuz etmək üçün bir təzyiq vasitəsi olaraq istifadə etsinlər. Amma, biz bu yolun önünü qətiyyətlə kəsmişik. İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının regional siyasətlərini ABŞ-ın regionla bağlı siyasətlərinin tam qarşı tərəfi adlandırıb və deyiblər: Onlar region ölkələrini parçalamaq, kiçik ölkələr yaramtaq və onları özlərinə tabe etmək istəyirlər. Amma, Allahın istəyi ilə bu hadisə baş verməyəcək.
O həzrət hegemonçuluq quruluşunun planlarına qarşı mübarizəni Allah yolunda cihadın bariz nümunəsi adlandırıb və deyiblər: Hegemonçuluq quruluşunun regionla bağlı planı ixtilaf törətmək və nüfuz etməyə əsaslanır. Buna görə də, doğru-düzgün hücum və müdafiə planı ilə onların fitnələri qarşısında tam ayıqlıqla mübarizə aparmaq lazımdır.
İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının regional siyasətlərinin ABŞ-ın regionla bağlı siyasətləri qarşısında mübarizə olduğunu bəyan edərək, deyiblər: Fələstin məsələsi İslam Dünyasının birinci məsələsidir. Və İran regionda müqaviməti o cümlədən Fələstin müqavimətini müdafiə edir və sionist İsrail rejimi ilə mübarizə aparan hər kəsi himayə edəcək.
İnqilab Rəhbəri İran İslam Respublikasının bütün məzlumları o cümlədən Bəhreyn və Yəmən xalqlarını himayə etdiyini vurğulayaraq, deyiblər: Əsassız iddiaların əksinə olaraq, biz bu ölkələrin daxili işlərinə müdaxilə etmirik. Amma, məzlum xalqları himayəni davam etdirəcəyik.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Bu gün İraqda, Suriyada, Yəməndə və digər məntəqələrdə baş verən və məzhəblərarası müharibə kimi qələmə verilməsinə səy göstərilən hadisələr heç bir vəchlə məzhəblərarası savaş deyil. Siyasi bir savaşdır. İslam İnqilabının Böyük Rəhbəri regionda ixtilafların aradan qaldırılmasına təkid edərək, vurğulayıblar: İran İslam Respublikası regionda birlik və vəhdətin möhkəmləndirilməsi üçün dəfələrlə bildirib ki, bütün region və islam ölkələrinə dostluq əli uzadır.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin, sözlərinin davamında İslami Radio və Televiziyalar Birliyini Amerikan-İsrail media mafiasının başçılıq etdiyi təhlükəli media imperatorluğu ilə mübarizə aparmaq üçün münasib mərkəz adlandırıb və deyiblər: Bu hərəkət tamamilə gücülü və hərtərəfli olmalıdır.