İraqçı: Məhdudiyyətlər və nəzarətlər əlavə protokol çərçivəsindədir
https://azeri.sahartv.ir/news/İran-i196841-İraqçı_məhdudiyyətlər_və_nəzarətlər_əlavə_protokol_çərçivəsindədir
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: Hərtərəfli Müştərək Addım Proqramı əlavə protokol çərçivəsində olub və bütün məhdudiyyətlər və nəzarətlər də həmin protokoldan kənar deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2015 15:25 Asia/Baku
  • Seyid Abbas İraqçı
    Seyid Abbas İraqçı

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: Hərtərəfli Müştərək Addım Proqramı əlavə protokol çərçivəsində olub və bütün məhdudiyyətlər və nəzarətlər də həmin protokoldan kənar deyil.

İRNA-nın məlumatına görə, Seyid Abbas İraqçı bu İranın nüvə fəaliyyətlərinə nəzarət forması barədə deyib: Hərtərəfli Müştərək Addım Proqramında əlavə protokoldan kənar heç bir məhdudiyyət və nəzarət mövcud deyil.
İraqçı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin casusluq fəaliyyəti ehtimalı barədə də deyib: AEBA öncədən, təftişlər aparmaq üçün İrana gələcək müfəttişlərinin adlarını bizə açıqlayacaq və bu şəxslər İranın təhlükəsizlik orqanları tərəfindən yoxlanılacaqlar.
İranın xarici işlər nazirinin müavini əlavə edib: İranın təhlükəsizlik orqanları bu şəxsləri təsdiq etdikdən sonra, Xarici İşlər Nazirliyi onlara ölkəyə giriş icazəsi verəcək.
İraqçı əlavə edib: Bu üzdən AEBA tərəfindən İrana göndərilməli olan hər bir müfəttiş yalnız həmin şəxslər arasından seçilməlidir. Bu qrupa daxil olmayan şəxslərin təftiş aparmaq üçün ölkəyə gəlişinə icazə verilməyəcək.