İrana qarşı yalan iddiaların uydurulması planının arxasında kim durur?
Avq 18, 2015 17:05 Asia/Baku
Ötən bir neçə gündə region ölkələrində səssiz şəkildə formalaşan və region ölkələri ilə İran arasındakı münasibətlərə zərbə vurmağa çalışan məxfi bir media, təbliğat cərəyanının şahidi olmuşuq.
İranın nüvə işi ilə bağlı əldə olunan anlaşmanı "pis" bir anlaşma olaraq qələmə vermək, İranı qonşu ölkələrin daxili işlərinə müdaxilə etməkdə günahlandırmaq, İranın terrorizmi himayə etməsi iddiası ilə çıxış etmək, əslində İrana qarşı düşünülmüş şəkildə qarapiyar sayılır.Amma, bu baxışın özü belə, tərəfdarları arasında müxalifətlərə səbəb olub. Əl-Cəzirə informasiya kanalının internet portalı bazar ertəsi günü bir məqalə yayımlayıb. "Yaxın Şərqdə İranın müsbət rolu" adlanan bu məqalədə oxuyuruq: Amerikalı respublikaçılar və İsrail İran ilə nüvə anlaşmasına qarşı çıxırlar. İddia edirlər ki, İranın nüvə işi ilə bağlı bu strategiya məğlubiyyətə məhkumdur. Buna görə də İranın nüvə işi ilə bağlı Hərtərəfli Müştərək Addım Proqramı ilə müxalif olanlar, səs-küy qopardaraq, İranı terrorizmi himayə etmək, qonşu ölkələrin daxili işlərinə müdaxilədə ittiham etməyə başlayıblar. Əlcəzirə daha sonra yazır: Amma, İranın rəftarları və regionla bağlı yürütdüyü siyasətlər, bu deyilənlərin nə qədər yanlış olduğunu sübut edir. Onlar, İranın nüvə işi ilə bağlı saxta böhranın başa çatmasından narahatdırlar. Elə bu istiqamətdə İranın nüvə işi ilə bağlı medialara elə yanlış və batil fikirlər aşılayırlar ki, əslində sionist rejimin mövqeyini əks etdirir.
Belə bir sual yaranır ki, nə üçün regional hadisələrdə aktiv və təsirli rol oynaya biləcək bir islam ölkəsi bu qədər problemlərlə üzləşdirilir, regionda sülh və təhlükəsizlik yerinə, müharibə və qarşıdurma yelinin əsməsinə xidmət edir?
Ərəbistan elə bir yol seçib ki, bu yolun sonru çox qorxuludur. Yəmənə təcavüz, sivil insanların bombardman edilməsi, uşaqların qətlə yetirilməsi, bütün sivil infrasturkturların məhv edilməsi. Bütün bunlar bir qonşu müsəlman ölkənin başına gətirilənlərdir.
Bu ölkə hərbçilərinin Bəhreynə göndərilməsi və bu ölkə xalqının amansız şəkildə repressiya edilməsi kimi hərəkətləri heç bir vəchlə əsaslandırmaq olmaz. İndi, bu ölkələr, İranla bağlı yanlış sima təqdim etmək üçün media təbliğatları aparırlar. Aydın məsələdir ki, bu kimi iddialardan istifadə edərək, İranın adını ləkələməyə çalışanlar üçün bəhanənin nə olması o qədər də əhəmiyyət daşımır. Bu nüvə işi də ola bilər, terrorizmə dəstək də ola bilər...
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü Ümumdünya Əhl Beyt(ə) Assambleyası və İslami Radio və Televiziya Təşkilatının iclasında iştirak edənlərlə görüşüb. İnqilab Rəhbəri bu görüşdə deyiblər: deyiblər: Bu gün İraq, Suriya, Yəmən və digər islam ölkələrində baş verənləri məzhəb savaşı olaraq qələmə verməyə çalışırlar. Amma, bu məzhəb savaşı deyil. Siyasi bir savaşdır. İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının Yəmən və Bəhreyndə məzlumları müdafiəsinə təkid edərək, deyiblər: Əsassız iddiaların əksinə olaraq, biz bu ölkələrin daxili işlərinə müdaxilə etmirik. Amma, məzlum xalqı himayəni də davam etdiririk. İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İran İslam Respublikası qonşu dövlətlərlə daim sülh və dostluq münasibətlərinə malik olub. Əlbəttə, bəzi ölkələr bizimlə fikir ayrılığına malikdirlər. Tərslik və xəbislik edirlər. Lakin, İran yenə də əlaqələrin dostluq, qonşuluq prinsipləri əsasında olmasına üstünlük verir.