Avq 18, 2015 18:00 Asia/Baku
  • Müqavimət hünəri İslam İnqilabının Böyük Rəhbərinin təfəkkürünün məhsuludur
    Müqavimət hünəri İslam İnqilabının Böyük Rəhbərinin təfəkkürünün məhsuludur

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan əvəzi deyib: Müqavimət hünəri və düşüncəsi İslam İnqilabının Böyük Rəhbərinin dəyərli düşüncələrinin məhsuludur.

İRNA-nın məlumatına görə, general-mayor Hüseyn Səlami, Livan Hizbullahı baş katibi müavini Şeyx Nəim Qasımın qələmə aldığı "İslam mentalitetinin dahi bərpaçısı" adlı kitabının təqdimat mərasimində deyib: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei dünya müsəlmanlarının mentalitetini bərpa edən dahi bir rəhbərdir.
General-mayor Səlami əlavə edib: İran İslam İnqilabı hal hazırda İslam İnqilabının Böyük Rəhbərinin düşüncələrindən ilham alaraq, hegemonçuluqlar qarşısında dayanıb və regionda müqavimət üçün yeni bir meydan açıbdır.
O, daha sonra regionda cərəyan edən hadisələrə və Livan Hizbullahının 33 günlük müharibədəki baxışlarına işarə edərək, deyib: Livan Hizbullahı sübut etdi ki, müqavimət təfəkkürünə əsaslanaraq, sionistlər ilə müharibəni qələbə ilə başa çatdırmaq olar.
Sepah-ın baş komandan əvəzi həmçinin, dünyanın yeni siyasi quruluşunda müsəlmanların təhqir və sərvətlərinin qarət edildiyinə işarə edərək, deyib: Bir və ya bir neçə ölkənin nüvə silahına malik olduğu həmin quruluş artıq heç kim üçün qəbul ediləsi deyil.
General-mayor Səlami bu gün dünyada İslami Oyanışın nişanələrinin xeyli çoxaldığını və ABŞ-ın müvəffəqiyyət qazana bildiyi meydanların xeyli daraldığını deyərək, deyib: Artıq heç bir müsəlman Amerikanı müsbət qarşılamır.
Livan Hizbullahı baş katibi müavini Şeyx Nəim Qasımın qələmə aldığı "İslam mentalitetinin dahi bərpaçısı" adlı kitabının çərşənbə axşamı təqdimat mərasimi keçirilib.

Teqlər