İran dünya problemlərinin dialoq yolu ilə həllini istəyir
https://azeri.sahartv.ir/news/İran-i196894-İran_dünya_problemlərinin_dialoq_yolu_ilə_həllini_istəyir
İran İslam Respublikasının prezidenti İranın dünya problemlərinin dialoq yolu ilə həllini istədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2015 13:46 Asia/Baku
  • İran dünya problemlərinin dialoq yolu ilə həllini istəyir
    İran dünya problemlərinin dialoq yolu ilə həllini istəyir

İran İslam Respublikasının prezidenti İranın dünya problemlərinin dialoq yolu ilə həllini istədiyini bildirib.

Səhər telekanalının məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani çərşənbə günü nazirlər kabineti ilə ölkə üzrə ostandarların birgə iclasında dövlətin səmərəli anlaşma münasibətilə Altılıq qrupu ilə nüvə müzakirələrinə girdiyinə işarə edərək, deyib: İslami İran nüvə müzakirələrində heç bir vəchlə özünün əsas prinsip və hədəflərindən geri çəkilmədi.
İran prezidenti sonra deyib: Nüvə zənginləşdirilməsi, nüvə elminin daha modern etaplaradək genişləndirilməsi və tədqiqat haqqının qorunub saxlanılması, həmçinin İran İslam Respublikası üçün zəmanəti olmuş olacaq dinc nüvə fəaliyyətləri üçün bir məkana malikolma əsas hədəflərdən idi və yaxşı şəkildə təsbit olundu.
İran prezidentinin sözlərinə görə, xalqın öz gələcəyinə, öz quruluşuna və öz dövlətinə etimadı olan zaman ictimai sərmayə yaranmış olur və xalq möhkəm iradə ilə səhnədə hazır olur və bu etimad və ondan irəli gələn ümid sayəsində hər bir problemə üstün gəlmək olar.
Ruhani bu müzakirələrdə İran İslam Respublikası ilə müzakirə tərəfləri olan dünya qüdrətlərinin İranın dinc nüvə fəaliyyətlərinin heç vaxt və heç bir vəchlə dayanmayacağını dərk etdiklərinə toxunaraq, belə qeyd edib: İran İslam Respublikası bu mühüm döyüş meydanında özünün əsas və mühüm hədəflərini reallaşdıra bildi.
İran prezidenti həmçinin deyib: İqtisadi sanksiyaların birlikdə və tam şəkildə ləğvi İran üçün böyük bir nailiyyətdir.
Ruhani daha sonra deyib: Dövlət sərmayə və texnologiyanın cəzbi və müştərək istehsal üçün ostanlara lazımi ixtiyarları verməyə və daxili investorların qarşısında duran maneələri sürətlə aradan qaldırmağa tamamilə hazırdır.