Avq 19, 2015 18:51 Asia/Baku
  • İran parlamentinin bəyanatı
    İran parlamentinin bəyanatı

İran İslam Şurası Məclisinin üzvləri İran xalqının hegemonçuluq sistemi ilə mübarizəsini sonsuz mübarizə adlandırıblar.

IRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin üzvləri çərşənbə günü, 1953-cü il 19 avqust çevrilişinin ildönümü günündə bir bəyanat yayaraq, bildiriblər: Quran əsasları üzrə zalım qüvvələr və hegemonçuluqla mübarizənin sonu yoxdur və bu gün Amerika zalım qüvvələrin ən kamil nümunəsidir.
İran İslam Şurası Məclisinin üzvləri bu bəyanatda Şərq və Qərb imperiyaları ilə mübarizənin vacibliyini vurğulayaraq, İslam İnqilabının Böyük Rəhbərinin Amerikanın nüvə müzakirələrinin nəticələrindən sui-istifadə etmək və İranda siyasi, iqtisadi və mədəni nüfuz üzrə səyi ilə qətiyyətli mübarizə barədəki son göstərişlərini dəstəkləyiblər.

Teqlər