Avq 20, 2015 13:59 Asia/Baku
  • İranın nigarançılığı Türkiyə səfirinə bildirilib
    İranın nigarançılığı Türkiyə səfirinə bildirilib

Türkiyə ərazisində İran vətəndaşları və iranlıların nəqliyyat vasitələrinə qarşı terror hücumlarının davam etməsi qarşısında İranın nigarançılığı Türkiyənin Tehrandakı səfirinə bildirilib.

Səhər telekanalının məlumatına görə, Türkiyənin şərqindəki çaxnaşmaların davam etməsi və İran vətəndaşları və iranlıların nəqliyyat vasitələrinə qarşı terror hücumlarının davam etməsinin ardınca İran Xarici İşlər Nazirliyində MDB və Qafqaz məsələləri üzrə baş idarənin baş müdiri Morteza Moradian çərşənbə günü Türkiyənin Tehrandakı səfiri ilə görüşüb.
Bu görüşdə Türkiyə ərazisində İran vətəndaşlarına qarşı terror hücumlarının davam etməsi ilə bağlı Tehranın nigarançılığı qeyd olunaraq, rəsmi Ankaranın Türkiyə ərazisində İran vətəndaşları və iranlıların nəqliyyat vasitələrinin təhlükəsizliyinin qorunmasına daha çox diqqət yetirməsi vurğulanıb.
Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin də ölkəsinin dövlətinin öz ərazisində digər ölkələrin vətəndaşlarınn təhlükəsizliyinin qorunması qarşısındakı məsuliyyətinə toxunaraq, deyib: Mövcud durumdan nigaranıq və məsələni ciddi şəkildə izləyəcək və nəticəni tez bir zamanda elan edəcəyik.
Rza Hakan Tekin bildirib ki, İran vətəndaşlarının təhlükəsizliklərinin qorunması üçün lazımi tədbirlər görüləcək.

Teqlər