Avq 22, 2015 09:19 Asia/Baku
  • İranın Londondakı səfirliyi bazar günü yenidən açılacaq
    İranın Londondakı səfirliyi bazar günü yenidən açılacaq

İran İslam Respublikasının Londondakı səfirliyinin yenidən açılması mərasimi bazar günü İran və İngiltərənin yüksək vəzifəli diplomatlarının iştirakı ilə keçiriləcək.

IRNA-nın məlumatına görə, İran İslam Respublikasının Londondakı səfirliyinin yenidən açılması mərasimində İranın İngiltərədəki səfirliyinin səyyar müvəqqəti işlər vəkili Məhəmməd Həsən Həbibullahzadə, bir qrup ingilis və iranlı qonaq, o sıradan İngiltərə-İran parlament dostluğu qrupunun üzvləri, iranlı orqanların başçıları, İngiltərədə yaşayan iranlılar iştirak edəcəklər.
İran İslam Respublikasının Londondakı səfirliyinin yenidən açılması İngiltərənin Tehrandakı səfirliyinin bu ölkənin xarici işlər naziri Filipp Hamondun iştirakı ilə yenidən açılması ilə bir vaxtda həyata keçiriləcək.
İngiltərənin Tehrandakı səfirliyi 2011-ci ildə İngiltərənin İrandakı müdaxilə mahiyyətli siyasətlərinə etiraz edən iranlı tələbələrin səfirliyin ərazisinə daxil olmalarının ardınca bağlandı.
İki ölkə səfirliklərinin bağlanması diplomatik əlaqələrin tam şəkildə kəsilməsi mənasında deyildi və konsulluq əlaqələri və ikitərəfli məsələlər səyyar müvəqqəti işlər vəkillərinin təyini yolu ilə indiəyədək izlənilibdir.
İran bildiribdir ki, İngiltərənin Tehrandakı səfirliyinə hakim kəsiləcək qayda-qanunlar elə digər səfirliklər barədə bərqərar olunmuş qanunlardır və bu sahədə heç bir istisnanı qəbul etmir.

Teqlər