Avq 23, 2015 16:58 Asia/Baku
  • Zərif İranın qüdrətinin ən mühüm mənbələrini vurğulayıb
    Zərif İranın qüdrətinin ən mühüm mənbələrini vurğulayıb

İran xarici işlər naziri İran İslam Respublikası quruluşunun özünəinamı və hökmranlıq qəbul etməməsini onun qüdrətinin ən mühüm mənbələri adlandırıb.

IRIB-nin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Tehranın Əllamə Təbatəbai adına Universitetində keçirilən nüvə müzakirələri və siyasi elmlər üzrə elmi yığıncaqda müasir dövrdə qüdrətin özü və əsaslarını bəyan edərək, deyib ki, İran İslam Respublikası beynəlxalq səhnədə yeni qüdrət vasitəsindən istifadə edərək, regionda diqqətəlayiq bir qüdrətə çevrilib.
Zərif bildirib ki, İran İslam Respublikasının ən mühüm qüdrət mənbəyi özünəinamdır.
İran xarici işlər naziri sonra vurğulayıb: İran İslam Respublikasının hökmranlıq qəbuletməməsi də bir qüdrət mənbəyidir və bilmək lazımdır ki, heç bir qüdrət mənbəyi təzyiqə dözmədən əldə olunmur.
Zərif İran İslam Respublikasının regiondakı təsirli iştirakını digər qüdrət vasitələrindən adlandırıb ki, İslam İnqilabının düşmənləri İranofobiya planı ilə bu qüdrət mənbəyini aradan götürmək ardınca olublar.
İran xarici işlər naziri nüvə texnologiyasını İranın elmi qüdrətinə çevrilmiş digər vasitə və sahələrdən adlandırıb və bildirib ki, nüvə müzakirələri bütün çətinlikləri və eniş-yoxuşlarına rəğmən, qüdrət mənbələrini qorudu və İranın qüdrətinin boşaldılması vasitələrini qarşı tərəfin əlindən aldı və müzakirələrdə bu hədəfin hər ikisi reallaşdı.

Teqlər